| |
Geri |
|
| |
|
Seçki Məcəlləsinə 75 adda dəyişiklik təqdim olunub
22.05.2008 14:21:20
Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər Milli Məclisin yaxın günlərdə keçiriləcək sessiyasında müzakirə ediləcək. |
|
| |
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun verdiyi məlumata əsasən Seçki Məcəlləsinə təqdim olunan 75 adda dəyişikliyin hər biri onun təkmilləşməsinə yönəlib. 2008-ci il prezident seçkilərinə Dairə Seçki Komissiyaları artıq hazırdı. Müasir avadanlıqlarla təchiz olunmuş binalarda yaradılan şərait də ötən illərdəkindən fərqlənir. Seçki Məcəlləsinə 75 adda dəyişiklik təklif olunub. Təbliğat təşviqat kompaniysının müddətinə gəlincə, Milli Məclisdə təmsil olunan siysi partiyalar vaxtın dəyişdirilməsində maraqlıdır. Ancaq son qərar sessiyada veriləcək. Seçki fondunun yuxarı həddinin artırılması isə artıq həllini tapan məsələdir. Təbliğat kampaniyası zamanı namizədlərin təşviqat materialları isə xüsusi ayrılmış yerlərdə yerləşdiriləcək. Təklif olunan digər bir dəyişikliksə depozitlə bağlıdır. Namizədliyini təklif edənin lehinə toplanmış imzalarda problem yaranarsa iddiaçı qeydə alınması üçün depozit də qoya bilər. Bu maliyyə fondunun 3 faizi miqdarındadır. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|