| |
Geri |
|
| |
 |
“Seçilən” filminin təqdimatı olub
24.11.2008 22:47:24
Təqdimat mərasimində Azərbaycanın itimai,siyasi, eyni zamanda mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər
|
|
| |
Bu gün “Bakıfilm” kinostudiyasının istehsal etdiyi “Seçilən” filminin təqdimatı keçirilib. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin prodüsserliyi və ssenari müəllifliyi ilə ərsəyə gələn ekran əsəri Fzərbaycan kinomatoqrafiya tarixində ilk siyasi trillerdir. Filmin əsas süjet xətti Azərbaycan Respublikasının prezidentinə qarşı Ermənistan rəhbərliyinin hazırladığı terror aktı və Ermənistanın qədim Azərbaycan torpaqlarını işğal etməsindən bəhs edir. Vahid Mustafayevin filmdəki məqsədi terrorun mətbəxini açıb göstərmək, tarixin gedişini bir güllə ilə dəyişməyə cəhd göstərən rəzil xislətli insanların qarşısında duruş gətirməyin yeganə yolunun vətənpərvərlikdən və dövlətçilikdən keçdiyini sübut etməkdir. Filmin təqdimat mərasimi S.Vurğun adına Rus Dram Teatrında keçirilib. Mərasimdə Azərbaycanın itimai, siyasi, eyni zamanda mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər. Filmin aktyorları təqdimata xüsusi «Limuzin»də gələrək, alqışlarla içəri daxil olublar. Təqdimat mərasimini ANS Müstəqil Yayım və Media Şirkətinin vitse-prezidenti Mirşahin Ağayev və tanınmış jurnalist Sevil Nuriyeva açıb. Qonaqların təbrik çıxışından, filmin müəllif və aktyor heyətinin təqdimatından sonra isə ekran əsərinə baxış olub.
"Seçilən" filmi ümumilikdə 400 min dollara başa gəlib . Bu göstəriciyə görə də Azərbaycan film tarixində rekorda imza atan «Seçilən»ə tamaşaçılar noyabrın 25-i, 26-ı, 27-i, və 28- də Rus Dram Teatrında baxa bilərlər.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|