| |
Geri |
|
| |
|
Sarı qızdırma xəstəliyi yayılır
08.02.2008 20:54:39
Sarı qızdırma xəstəliyi yayılmağa başlayır |
|
| |
Paraqvay hökuməti Ümumdünya Səhiyyə Təşkilatından kömək istəyib.
Paraqvay höküməti Ümumdünya Səhiyyə Təşkilatından ölkəyə sarı qızdırma xəstəliyinə qarşı 600 000 miqdarda peyvənd verilməsini istəyib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bir həftə ərzində xəstəliyə yoluxmaya dair 5 fakt aşkarlanıb. Xəstəliklər Braziliyadan 400 km aralıda yerləşən San Pedro şəhərində qeydə alınıb. Yanvar ayında bu infeksiya nəticəsində Braziliyada səkkiz nəfər ölüb. Paraqvayda isə hələlik ölüm hallarına rast gəlinməyib.
Xatırladaq ki, sarı qızdırma xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Xəstəlik Cənubi Amerika və Afrikada geniş yayılıb. 1990-cı ildə araşdırmalar nəticəsində müəyyən edilib ki, xəstəlik «Aedes aegypti» adlı milçəklər vasitəsi ilə yayılır. Virusun vətəni Afrika cəngəllikləri və burada yaşayan meymunlardır. Daşıyıcıları isə Aedes milçəyidir. Sarı qızdırma ilə mübarizə virus daşıyıcıları olan milçəklərin məhv edilməsi ilə aparılır. Xəstəliyə qarşı peyvəndlərin əks təsiri çox azdır.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|