| |
Geri |
|
| |
|
Samboçularımız 3 bürünc medal qazandı
30.04.2008 11:32:19
Mayın 1-dən etibarən isə samboçularımız qitə çempionatında mübarizəyə qoşulacaqlar |
|
| |
Gürcüstanın paytaxtı Tbilisidə idman və döyüş sambosu üzrə Avropa çempionatı keçirilir. Yarışda iştirak edən Azərbaycan samboçuları çempionatın ilk günündə üç bürünc medal qazanıblar. İslam Qasımov bu uğura çəkisi 52 kq olan samboçuların mübarizəsində imza atıb. Müvafiq olaraq 62 və 74 kq-larda xalça üzərinə çıxmış Tərlan Kərimov və Araz Muxtarov da fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Təəssüf ki, ilk yarış günündə mübarizəyə qoşulmuş digər iki idmançımız, Yasin Həsənovla Vasif Səfərbəyov ilk döyüşlərində məğlub olaraq, çempionatla vaxtından əvvəl vidalaşmalı olub. Qeyd edək ki, bu gün daha 4 idman samboçumuz, Elçin Mayılov, Emil Həsənov, Zaur Paşayev və Anar Əliyev rəqibləri ilə mübarizə aparacaq. Mayın 1-dən etibarən isə samboçularımız qitə çempionatında mübarizəyə qoşulacaqlar. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|