Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Yəhudi azğınlığı    • Türkdili Ölkələrin Parlament Assambleyası yaradıldı    • Terror aktının qarşısını alınıb    • Müavini Heydərovu dinlətdirirmiş    • PKK-çı Naxçıvandan qaçdı    • Ədliyyənin rəsmi emblemi    • İlhamənin məhkəməsində qalmaqal    • Möminlər məsciddən qovuldu    • Neft gəlirləri açıqlanmır    • Havalar isinəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Rüşvətxor universitetlərin adları açıqlandı

22.05.2008 12:40:08

Araşdırmalara görə, Pedaqoji Universitet və Neft Akademiyasında rüşvətxorluq daha total şəkil alıb
  Gənc Vətənpərvərlər Hərəkatı (GVH) ali təhsil ocaqlarında imtahan sessiyası ilə bağlı monitorinq keçirib. İki həftə ərzində ali məktəblərdə aparılan monitorinqlərin nəticələri bu gün açıqlanıb.
GVH-dan Verilən məlumata görə, aparılan araşdırmalar zamanı əsasən hal hazırda ali məktəblərdə imtahan və zaçot üzrə alınan rüşvətin səviyyəsi və tələbələrin şikayətləri müəyyənləşdirilib. Bildirək ki, imtahan sessiyası dövründə əsasən dövlət universitetlərində monitorinqlər aparılıb. Özəl ali məktəblərdə isə proses davam edir və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək.
Monitorinqin nəticələri aşağıdakı kimidir:
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) faktiki dönəmdə ölkənin Ən rüşvətxor təhsil ocağı sayılır. Belə ki, ADPU da sonuncu imtahan sessiyası zamanı alınan rüşvətin həddi ötən ilə nisbətən 15 faiz artıb. Monitorinq zamanı bəlli olub ki, indiki imtahan sessiyasında bu ali məktəbdə tələbələrdən tələb olunan rüşvətin orta həddi 50 manatdan bir qədər çoxdur. Ən bahalı imtahan isə kimya fakültəsində qeydə alınıb ki, bu da 100 manata bərabərdir.
İkinci sırada Azərbaycan Dövlət Netf Akademiyası dayanır. Monitorinqlərin nəticələrinə görə, ADNA-da imtahan və zaçotlara görə, tələbələrdən istənilən rüşvət ötən ilə nisbətən 12 faiz artıb. Belə ki, hazırda bu təhsil ocağında zaçotlar üzrə orta qiymət 35 manat, imtahanlar isə 45 manat təşkil edir. ADNA-nın rüşvətxorluqda adı hallanan ən «aparıcı» fakültəsi isə Kimya-Texnologiya hesab olunur.
Üçüncü sırada isə Azərbaycan Dövlət İqtisad Universiteti dayanır. Bildirək ki, bu təhsil ocağında vəziyyət digərlərinə nisbətən daha ağır sayılmalıdır. Çünki həmin ali məktəbdə rüşvət alma açıq şəkildə həyata keçirilir və bunun üçün hər hansı bir məsuliyyət daşıyan yoxdur. Onu da bildirək ki, ADİU-da da qiymətlərin orta həddi təqribən 35-45 manat aralığında dəyişir. ADİU-nun beynəlxalq iqtisadi münasibətlər fakültəsində isə bu rəqəm 120 manata qədər dəyişir.
Dördüncü sırada Bakı Dövlət Universiteti (BDU) dayanır ki, bunu da şərtləndirən səbəblər var. Monitorinqin nəticələrinə görə, BDU-da imtahan və zaçotların qiymətlərində artım ötən ilə nisbətən 10 manat olub. Hazırda bu ali məktəbdə qiymətlər 25-150 manat aralığında dəyişir. Ən yüksək rüşvət alma halları isə hüquq fakültəsində müşahidə olunur. Burada qiymətlər hətta 500 manata qədər arta biləndir.
Monitorinqlərin nəticələrinə görə, Texniki Universitetdə orta qiymətlər 20-60 manat, İnşaat və Memarlıq Universitetində 30-50 manat, İncəsənət Universitetində 20-40 manat təşkil edib. Digər ali təhsil ocaqlarında da qiymətlər təqribən bu istiqamətdə dəyişir.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Göyçay məktəbində vəhşilik
 » KTA-nın yeni rektoru təyin olundu
 » Bakı Dövlət Universiteti birincidir
 » “Naxçıvan abidələri”
 » «İnternatlara qəbul dayandırılacaq»
 » Londonda Azəri tələbələrin forumu
 » Təhsilin problemli yeni qaydası
 » Tələbələrin Birliyi yaradılıb
 » Aspiranturaya imtahan başladı
 » Y.Özcan Misir Mərdanovla görüşüb
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Dubay
Sonrakı >
< Əvvəlki
Dubay
Dünyanı özündə birləşdirən Dubay
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.