| |
Geri |
|
| |
 |
Rusiyalı iş adamlarına xəbərdarlıq edilib
26.04.2008 14:02:04
Abxaziya əarizsində qanunsuz biznes fəaliyyəti quran iş adamları barəsində beynəlxalq axtarış elan olunacaq
|
|
| |
Rəsmi Tiflis, Abxaziyada biznes quran rusiyalı iş adamlarını İnterpol xəttilə beynəlxalq axtarışa verəcək. Bunu «Mze» telekanalına müsahibəsində Gürcüstanın reinteqrasiya məsələləri üzrə naziri Temur Yakobaşvili deyib. Onun sözlərinə görə, Gürcüstandan hökuməti Abxaziyada qanunsuz fəaliyyət göstərən Rusiya biznesmenləri ilə mübarizə üzrə sxem hazırlayıb: «Abxaziyada biznes quracaq Rusiya şirkətlərinin bütün nümayəndələrinin siyahısı İnterpola veriləcək və barələrində cinayətkar kimi beynəlxalq axtarış elan ediləcək».
Qeyd edək ki, Moskva meriyası ilə Abxaziyadakı separatçı rejim arasında aprelin 25-də iqtisadi əməkdaşlıq üzrə saziş imzalanıb. Razılaşmaya görə, Rusiya tərəfinin Abxaziya ərazisində daşınmaz əmlak almaq hüququ var.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|