Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Sərdar Cəlaloğludan təklif

02.12.2008 01:25:15

“Müsavat ADP ətrafında birləşsin”. Arif Hacılı: “O, ciddi yumor hissinə malik olan bir şəxsdir”
  Müxalifətin Əməkdaşlıq Mərkəzinin bloka çevrilməsinə Müsavatın ADP, KXCP və AMİP-i orada görmək istəməsinin mane olduğu barədə fikirlər Sərdar Cəlaloğlunu qəzəbləndirib. S.Cəlaloğlu “Reytinq” qəzetinə müsahibəsində qəzəbini büruzə verib. O bildirib ki, Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunanlar, sadəcə, birləşə bilmirlər və bəhanə kimi ADP-ni ortaya atırlar.
“Onlar bizi bəhanə edib özləri birləşmirlər. Tutaq ki, ADP yoxdur, beş-altı partiya birləşsinlər və öz siyasətlərini aparsınlar. Onlar isə düşünülmüş şəkildə bu məsələni ortaya atırlar və bu səbəbdən də birlikləri alınmır. MƏM deyilən funksional birlik 4-5 aydır yaranıb, hələ bu günə kimi onların bir dənə də normal toplantısı keçirilməyib. İndi məlum olub ki, bunların ümumiyyətlə birləşmək fikirləri yoxdur. Məsələn, Müsavat Liberal Partiya ilə, Eldar Namazovla birləşmək istəmir. Bu baxımdan biz hesab edirik ki, xalqı aldatmaq lazım deyil. Neçə partiya birləşirsə birləşsin. ADP bu birliyi alqışlayır. Ona görə də onlar tərəfdən səslənən bu cür bəyanatları demaqoq bəyanat kimi qiymətləndirirəm”. S.Cəlaloğlu həmçinin iddia edir ki, ADP orada olmadığına görə MƏM deyilən birlik baş tutmur: “ADP siyasi arenada özünəməxsus yer tutan, müəyyən gücü olan və siyasi ideologiyanın müəyyən qismini təmsil edən partiyadır. Yəni əgər biz müxalifəti ən müxtəlif siyasi demokratik yönümlərin məcmusu kimi görürüksə, ADP-nin müxalifətin birliyində olmaması həmin o ”defekti" üzə çıxarır. Bu baxımdan deyirəm ki, ADP olmasa, hansısa birliyi müxalifətin tam birliyi adlandırmaq mümkün deyil". “Müsavat Partiyası ətrafında blok yaranarsa, ADP-nin də orada təmsil olunması mümkündürmü” sualına S.Cəlaloğlunun cavabı daha maraqlıdır: “Əgər Müsavat iddia edirsə ki, ADP onun ətrafında birləşməlidir, eyni qaydada mən də iddia edirəm ki, Müsavat ADP-nin ətrafında birləşə bilər”. S.Cəlaloğlunun MƏM barədə fikirlərinə, xüsusilə də Müsavat Partiyasının ADP-nin ətrafında birləşməsi təklifinə Arif Hacılıdan rəy öyrəndik. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri bildirdi ki, ADP sədri həmin fikirləri səsləndirərkən zarafat edib: “Mən Sərdar bəyi yaxşı tanıyıram. Ciddi yumor hissinə malik olan bir şəxsdir. Görünür, həmin fikirləri səsləndirərkən yenə də yumor hissinin təsiri altında olub”.
A.Hacılı Müxalifətin Əməkdaşlıq Mərkəzinin birliyə çevrilməsinin artıq mümkün olmayacağı, prosesin uğursuz şəkildə bitdiyi haqda iddiaların da əsassız olduğunu vurğuladı: “Əməkdaşlıq istiqamətində prosesin bitdiyini söyləmək doğru yanaşma deyil. Proses davam edir. Həmin əməkdaşlıq çərçivəsində biz bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiamızla bağlı məhkəmə prosesində birlikdə iştirak etmişik”.
Musavat
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Sabiq nazirin qardaşı müxalifətçidir
 » ATƏT referendumu müşahidə etməyəcək
 » Həmsədrlər acıb, yeməyə gəlirlər
 » ABŞ Dövlət Departamenti bəyanat yayıb
 » Rəsmi Bakı narahatdır
 » Referendumun taleyi yeni kadra tapşırılır
 » Təhsil qanunu qəbul edildi
 » «Təhsil haqqında qanun» gündəmdə
 » Rəsmi Bakı MTRŞ-nin qərarı ilə "razılaşacaq"
 » Deputatlardan iyrənc kanallara etiraz
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.