| |
Geri |
|
| |
 |
Terror aktının qarşısını alınıb
21.11.2008 20:55:35
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 7-21 noyabr tarixlərində keçirilmiş əməliyyatlar barədə açıqlama verib |
|
| |
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi general-mayor Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin 7-21 noyabr tarixlərədə həyata keçirdiyi əməliyyatlar barədə mətbuata açıqlama verib. General çıxışına, terrorçulara qarşı keçirilən əməliyyatlarda şəhid olan əsgərlərə rəhmət və onların qohumlarına başsağlığı verərək başlayıb. Cənab Gürak bildirib ki, noyabrın 7-dən indiyədək 59 asayiş pozulması halı qeydə alınıb və 24 partlayış hadisəsindən 16-sı zərəsizləşdirilib. 14 nəfər təslim olmaqla 11 terrrorçu ələ keçirilib, 7 PKK-çı isə məhv edilib. General daha sonra bildirib ki, Diyarbəkir vilayəti Kayacık rayonu polis şöbəsinə kamikadze hücumuna hazırlaşan iki terrorçu zərərsizləşdirilib. Əməliyyat zamanı iki yüksək rütbəli zabit şəhid olub, bununla da daha böyük qırğının qarşısı alınıb. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|