| |
Geri |
|
| |
 |
Neft gəlirləri açıqlanmır
21.11.2008 15:48:36
Mədən sənayesində fəaliyyət göstərən şirkətlər gəlirlərinin 95 faizini ictimaiyyətdən gizlədir |
|
| |
Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin böyük əksəriyyəti indikədək bir dəfə də olsun, gəlirlər barədə ictimaiyyətə hesabatlar təqdim etməyib. Təqdim olunan hesabatların isə 95 faizində yarımillik və illik məlumatların aşkarlanması yox, onun təqdim edilməsi tarixləri göstərilir.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) heyata keçirilməsi nin 5-ci ildönümünüə həsr olunmuş dəyirmi masada belə deyib. MSŞT üzvü bildirib ki, Azərbaycan hökumətinin də qoşulduğu Anlaşma Memorandumunda mineral ehtiyatların istismarı ilə əlaqədar dövlət orqanlarının daxilolmaları, dövlət şirkətləri və digər dövlət mülkiyyətində olan qurumlar, habelə xarici şirkətlərin ildə 2 dəfə hesabat verməsi tələb olunur: “Amma bəzi gəlirlər var ki, indədək onlar barədə heç bir hesabat təqdim olunmayıb. Hansı ki, burada gəlirlərin həcmi milyard dollarla ölçülür”.
Sabit Bağırov bildirib ki, MSŞT gəlirlərin böyük bir qismini əhatə etsə də, neft gəlirləri barədə ictimaiyyəti maraqlandıra bilən sualların yalnız bir qisminə cavab verilir. Məsələn, neftdən nə qədər gəlir əldə olunduğunu, ayrı-ayrı gəlir növlərinin ölkəyə nə qədər pul qazandırdığını, Azərbaycanın gəlirlərində şirkətlərin ayrılıqda paylarının həcmi və bu gəlirlərin hansı istiqamətlərə yönəldilməsi barədə məlumatlar yoxdur.
Elə bu səbəbdən də ekspert hesab edir ki, neft sənayesində şəffaflığın artırılması, hesabatlılığın təmin olunması üçün Anlaşma Memorandumu təkmilləşdirilməli, bu sənədə bəzi əlavələr edilməlidir. Onun sözlərinə görə, MSŞT-a qoşulan hər bir tərəfin memoranduma bu cür dəyişiklik etmək hüququ var və təklif olunan büddəalar bütün tərəflərin iştirakı ilə müzakirə olunacaq.
Bununla belə, koalisiya nümayəndələri 5 il əvvəl yaradılmış və faktiki olaraq, 2004-cü ildə fəaliyyətə başlamış qurumun xeyli uğurlar qazandığı qənaətindədir. Sabit Bağırov deyiö ki, bu müddət ərzində həm dövlət qurumları, həm də neft şirkətləri gəlirləri barədə ictimaiyyətə məlumat verməli olduqlarını başa düşüblər.
“Halbuki, 4-5 il əvvəl heç bir şirkət koalisiyanın sorğularına heç cavab da vermirdilər. Amma indi çətinliklə də olsa, bəzi şirkətlər mütəmadi olaraq hesabatlarını təqdim edirlər. Biz artıq Dövlət Neft Fondu, “BP”, “Statoyl”, “Salyan Oyl” şirkətləri ilə normal əlaqələr qura bilmişik. Çalışmalıyıq ki, digər şirkətlər də gəlirləri barədə ictimaiyyətə hesabatlarını təqdim etsinlər”- deyə, Sabit Bağırov bildirib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|