| |
Temperatur iqlim normasından yüksək olacaq. Cənub küləyinin əsməsi ilə əlaqədar temperaturlar yüksələcək. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
Hidroloqun sözlərinə görə, temperaturların iqlim normasından yüksək olacağı, Abşeron yarımadasında və Mərkəzi Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda isə 18 dərəcəyədək yüksələcəyi gözlənilir: “Havanın noyabrın 22-24-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub qərb küləyi əsəcək, küləyin sürəti arabir güclənəcək. Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 16-20 dərəcə, bəzi günlədə 17-22 dərəcə təşkil edəcək”.
A. Verdiyev qeyd edib ki, Azərbaycanın rayonlarında da hava şəraiti noyabrın 22-də əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacağı gözlənilir: “Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq. Noyabrın 20-24-də Azərbaycanın rayonlarında, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 7-12 dərəcə, gündüz 17-22 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 10-18 dərəcə isti olacaq”.
|