Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Nizami Cəfərovun cavabı verildi

21.11.2008 20:34:02

Milli Məclisin deputatı, mədəniyyət komissiyasının sədri Nizami Cəfərovun müsahibəsi qalmaqala səbəb olub.
  Xatırladaq ki, N.Cəfərov müsahibədə Rüstəm İbrahimbəyov, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, habelə xalq artisti Rasim Balayev barədə kəskin fikirlər işlədib.
Ç.Abdullayevin xalqı aldatdığını bildirən deputat onu ümumiyyətlə yazıçı hesab etməyib. “Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına aidiyyəti yoxdur” deyən N.Cəfərov onu fantaziyalar, hisslərlə yaşayan birisi adlandırıb.
Qəzetimizə açıqlamasında Ç.Abdullayev bu mövzuda danışmaq istəmədiyini söylədi. “Mən nəyi sübut etməliyəm” deyə sual edən xalq yazıçısı heç kəsin, o cümlədən N.Cəfərovun fikirlərinə qarışmaq istəmədiyini vurğuladı: “Axı o nə deyir ki, mən də ona cavab verməliyəm? Sizdən soruşuram ki, hamıya nəyi sübut etməliyəm? Deyir, mənim Azərbaycan ədəbiyyatına aidiyyətim yoxdur? Onda çıxsın küçəyə və soruşsun ki, camaat nəyi və kimi oxuyur? Mən hesab edirəm ki, polemikanı bu səviyyədə davam etdirmək lazım deyil”.
Müsahibimiz vurğuladı ki, kitabları onu yazıçı hesab etməyən N.Cəfərovun rəhbərlik etdiyi Atatürk Mərkəzinin kitabxanasında da var. O, həmçinin N.Cəfərovun onun barəsində “o, xalqı aldadır” açıqlamalarına da münasibət bildirdi: “Əgər mən xalqı aldadıramsa, qoy o kitabları həmin mərkəzin kitabxanasından çıxarsın. Görünür, mən yaxşı ”yalançıyam" ki, camaat da mənə inanır. Sonra nə deyib mənim barəmdə? Şərab içirəm? Qoy içim də, bunun polemikaya nə aidiyyəti var?"
Müsahibimiz bu səviyyədə polemika aparmağın zərərli olduğunu deyərək, söhbəti yekunlaşdırdı.
N.Cəfərovun müsahibəsində tənqid hədəfinə çevrilən daha bir nəfər isə xalq artisti Rasim Balayev idi. Deputat onun barəsində “əgər Rasim Balayev kimi dərin təfəkkürü olmayan artist Milli Məclisdə çıxış edən akademiklərə, professorlara ”adamcığazlar" deyirsə, deməli, Rüstəm İbrahimbəyovu adam hesab edir. Eləcə də özünü", “Gənc rejissorların heç biri Rasim Balayevi filmə çəkmək istəmir. Rasim də ona-buna yalvarır, özünü sındırmaq istəmir. Gör indi bu nə yalvarmaq formasıdır” kimi fikirlər işlədib.
Dünən gün ərzində bir neçə dəfə R.Balayevlə əlaqə saxladıq. Xalq artisti ya məşqlərdə, ya da Kinematoqrafçılar İttifaqının iclasında olduğunu deyərək geniş açıqlama vermədi. Rasim bəy, sadəcə, qısa şəkildə onu dedi ki, N.Cəfərovun ittihamlarına lazımi səviyyədə cavab veriləcək. Müsahibimizin sözlərinə görə, ümumiyyətlə, cavan rejissorların onu filmə çəkmək istəməmələri barədə deputatın dedikləri həqiqətə uyğun deyil: “Birincisi, Azərbaycanda cavan rejissorlar yoxdur. Nizami Cəfərov mədəniyyət komissiyasının sədri kimi bunu bilməlidir. Ən cavan rejissorun yaşı ən azı 40-dan yuxarıdır. O ki qaldı mənim filmə çəkilmək üçün kiməsə yalvarmağıma, bu da cəfəngiyyatdır. Əksinə, mən özüm rollardan dəfələrlə imtina etmişəm”.
R.Balayev “Yeni Müsavat”a bu mövzuda geniş müsahibə vəd etdi.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Nardaranda kafir bayraqları yandırılıb
 » İlhamənin məhkəməsi davam edir
 » Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü
 » Ermənilər atəşkəsi yenidən pozublar
 » Aşura xəbərdarlığı
 » İlin ilk uşağı oğlandır
 » 3 yeni metro stansiyası tikiləcək
 » “Qış festivalı” qumarı dayandırılıb
 » Yəhudilər İsrail bayrağını yandırıb...
 » "Ölülərin pulu"nu yeyirmiş
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    Ölülər də rusca, dirilərlər də rusca...
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.