Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  İsrailin hiyləgər oyunu

03.12.2008 10:39:49

İsrail kəşfiyyatı Tehranın nüvə proqramlarını əngəlləyib

  İsrail xüsusi xidmət orqanları İranın nüvə fəaliyyətlərini əngəlləmək üçün ağlasığmaz və hiyləgər plan həyata keçirib. Bu ölkədə nəşr edilən nüfuzlu “Haaretz” qəzetinin yazdığına görə, “Mossad”ın uzun müddətdir İranın nüvə texnologiyalarına çıxışını əngəlləmək üçün həyata keçirdiyi bu planın üstü yaxınlarda açılıb.
Məlum olub ki, İsrail kəşfiyyatı əvvəlcə bilərəkdən İrana bir sıra xarici şirkətlərin əli ilə nüvə materialları və texnologiyaları ötürüb. Tehranın etibarını qazandıqdan sonra saxta şirkətlər dövriyyəyə girib və İrana saxta nüvə materialları satılıb. Nəticədə İranın nüvə silahı əldə etmək proqramı ciddi şəkildə pozulub. İran “Mossad”ın oyunundan yalnız ölkənin dövlət qurumları üçün xaricdən elektron avadanlıqlar ixrac edib satan biznesmen Əli Əştarinin İsrail xüsusi xidmət orqanlarının agenti olduğunu biləndən sonra xəbərdar olub. Qəzetin yazdığına görə, “Mossad” İranın nüvə proqramlarını əngəlləmək üçün bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan istifadə edib.

“Haaretz” yazır ki, “Mossad”ın indiki direktoru Meir Dagan öz fəaliyyətini İranın nüvə silahı proqramını əngəlləməyə yönəldib. Bu məqsədlə “Mossad”ın bütün agentura şəbəkəsini və resurslarını səfərbər edib. Daganın rəhbərliyi ilə hazırlanan plan əsasında əvvəlcə bir sıra Yaxın Şərq və Avropa ölkələrindən şirkətlər İrana nüvə texnologiyaları və materialları təklif ediblər. Lakin bu materiallar nüvə tsiklini tamamlamağa və atom silahı əldə etməyə imkan verəcək dərəcədə önəmli olmayıb. Bildirilir ki, söhbət daha çox nüvə sahəsinə aid yardımçı materiallardan gedir. İran bu materialları yaxşı pul ödəyərək əldə edib. Tehranın etibarını qazandıqdan sonra “Mossad”ın qurduğu saxta şirkətlər işə düşüb və onlar əvvəlki əməkdaşlığın davamı olaraq İrana nüvə materialları təklif ediblər.

İran kifayət qədər böyük məbləğlər hesabına bu materialları əldə edib. Lakin sonradan məlum olub ki, onlar heç bir işə yaramır. Xəbərdə deyilir ki, “Mossad”ın həyata keçirdiyi fəaliyyətlər nəticəsində İspaniya, Belçika, Avstriya, Tanzaniya, Azərbaycan və digər ölkələr İranın nüvə fəaliyyətlərinin əngəllənməsində iştirak ediblər.

Qəzetin yazdığına görə, Pakistanın nüvə alimi Əbdülqadir Xana bağlı nüvə qaçaqmalçılığı şəbəkəsində adı keçən isveçrəli iş adamlarının da əslində Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə işlədikləri üzə çıxıb. Həmin iş adamları İrana nüvə materialları satıblar. Lakin belə görünür ki, bu materiallar da qüsurlu olub və bilərəkdən İrana ötürülüb. Məlumatda deyilir ki, “Mossad”ın İrana ötürdüyü avadanlıqların və materialların üzərində dinləmə cihazları da yerləşdirilib. Qəzet yazır ki, İranın İnqilab Keşikçiləri Korpusuna içərisində “juçok”lar quraşdırılan elektron rabitə cihazları satan iş adamı Əli Əştarinin də həbsi bununla bağlıdır. Əştari bugünlərdə “Mossad” agenti olduğuna görə İranda edam edilib.

Bildirilir ki, İranda son günlər “Mossad” şəbəkəsinin yaxalandığı haqda xəbərlər İsrailin və Qərbin xüsusi xidmət orqanlarının Tehranın nüvə fəaliyyətlərini əngəlləmək üçün göstərdikləri fəaliyyətlə müqayisədə aysberqin yalnız görünən hissəsi ola bilər. İran etiraf edib ki, Əştarinin daxil olduğu “Mossad” şəbəkəsi ölkənin nüvə proqramlarını ciddi şəkildə əngəlləyə bilib, bu şəbəkə hətta xüsusi xidmət orqanlarına da sızıb və çoxsaylı məxfi məlumatları xaricə ötürüb.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Moskvada 26 nəfər soyuqdan ölüb
 » Yuşşenko Medvedevdən qaz tələb etdi
 » Qətliyamdan sonra «humanitar dəhliz»
 » Qəzza uğrunda döyüşlər gedir
 » ABŞ prezidentləri Ağ Evə yığışıblar
 » Rusiya Avropanı qazsız qoydu
 » İsrail səfiri deportasiya edilir
 » İsrail Qəzza bölgəsində üç məktəbi bombalayıb
 » Buşun ailəsi qırılırmağa başlayıb
 » Qvatemalada sürüşməsi baş verib
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.