| |
Geri |
|
| |
 |
Gürcüstanın təklifi rədd edildi
21.11.2008 17:52:32
Patrik Hikki: “2014-cü il olimpiadası Soçidən alınmayacaq” |
|
| |
“2014-cü il Qış Olimpiya Oyunları Soçidə keçiriləcək, təşkilatçılıq hüququ Rusiyadan başqa ölkəyə verilməyəcək”.
Bu haqda Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki qurumun Türkiyənin İstanbul şəhərində keçirilən EOC-un Baş Assambleyasında məlumat verib.
Rusiyanın Soçi şəhərində təhlükəsizlik təminatının aşağı səviyyədə olması üzündən 2014-cü il olimpiadasının başqa ölkəyə keçirilməsi təklifini Gürcüstan irəli sürüb. Gürcüstan tərəfi münaqişədə olduğu Cənubi Osetiya ilə Soçinin qonşuluqda yerləşməsini səbəb göstərib.
Lakin EOC-un siyasətlə məşğul olmadığını bildirən P.Hikki Soçi-2014-ün təşkilat komitəsi və Rusiya hökumətinin verdiyi təminatın Beynəlxalq Olimpiya Komitəsini tam qane etdiyini vurğulayıb.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|