| |
Geri |
|
| |
 |
Göyçay məktəbində vəhşilik
21.11.2008 20:19:34
“youtube.com” saytında Göyçaydakı məktəblərdən birində coğrafiya dərsində müəllimin şagirdi döyməsi ilə bağlı videorolik yayılıb. |
|
| |
Şagirdin döyülməsinə Atlantik okeanı ilə Sakit okeanın yerini səhv salması səbəb olub. Hadisənin Göyçayın hansı məktəbdə baş verdiyi isə bilinmir. Psixoloq Azad İsazadə “Azadlıq” radiosuna deyib ki, yeniyetməlik dövründə oğlan uşağı maksimalist və daha nadinc olur. “Onlarda aqressiya ola bilər. Amma bu o demək deyil ki, onlar döyülməlidir. Heç kim müəllimə belə bir hüquq vermir”. A.İsazadə onu da bildirib ki, belə şagirdlərdə sonradan müxtəlif fəsadlar yarana bilir: “Zora məruz qalan şagirdlərdə göz qırpmaları, titrəmə kimi xüsusiyyətlər yaranır. Onlar həmin müəllimin dərsinə getməkdən qorxurlar”. A.İsazadə həmçinin deyib ki, belə şagirdlər daha da aqressivləşir və onlar döyülmələrinin əvəzini çıxacaq qədər kinli olurlar. Təhsil Nazirliyinin mətbut xidmətinin rəhbəri Bayram Hüseynzadə isə “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, şagirdin məktəbdə döyülməsi qanuna ziddir. B.Hüseynzadə belə hallara az-az rast gəlindiyini söyləyib. O, videorolikə bir dəfə baxdığını bildirib: “Amma hadisənin Azərbaycanda, yoxsa xaricdə baş verdiyini müəyyən etmək olmur. Orda nə bir ad yazılıb, nə də başqa əlamətlər var”. B.Hüseynzadə ilə əlaqə saxlayıb hadisənin araşdırılıb-araşdırılmayacağı ilə maraqlandıq. Nazirliyin rəsmisi bizə məsələ ilə bağlı Göyçay rayon Təhsil Şöbəsi ilə əlaqə saxladığını söylədi: “Təhsil Şöbəsinin rəhbəri bizə həmin faktın Göyçay məktəblərinə aid olmadığını söylədi”. B.Hüseynzadə hadisənin Azərbaycanda baş verməsinin şübhə altında olduğunu söylədi. Mətbuat xidmətinin rəhbərinə videorolikin əvvəlində divarda Azərbaycanın gerbinin rəsminin, onun yanında isə ölkə başçısı İlham Əliyevin portretinin asıldığını xatırlatdıq. Bundan sonra B.Hüseynzadə Azərbaycanda beş min məktəbin olduğunu və onlara nəzarət mexanizminin olmadığını söylədi: “Konkret ünvan yoxdursa, nə edə bilərik? Bilirsiniz bunu araşdırmaq nə deməkdir? Müəllim şagirdin ikinci valideynidir. Onu döyə də bilər”. Xatırladaq ki, bu yaxınlarda orduda baş verən “dedovşina” faktları da “youtube.com” saytında yayılmışdı. Amma Müdafiə Nazirliyi faktları təkzib edirdi. Sonda baş verənlərin həqiqət olduğu meydana çıxdı. İndi eyni mövqeyi Təhsil Nazirliyi də nümayiş etdirir.
|
| |
|
| |
|
|
|
| | schoolboy |
| men demek isteyirem ki lazim gelerse muellim usaqi vurma huququ olmalidir.cunki,usaqlar mektebde ele seyler edirlerki onlara goz yummaq mumk...  |
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|