| |
Geri |
|
| |
 |
Ədliyyənin rəsmi emblemi
21.11.2008 19:36:17
Emblem qızılı çalarlı olmaqla, dairəvi şərq qalxanının təsvirindən ibarətdir |
|
| |
Əliyev, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi haqqında Əsasnamə» və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi embleminin təsviri»ni təsdiq edib.
Əsasnamədə deyilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi ədliyyə orqanlarının rəmzidir. O, ədliyyə orqanlarının hər bir işçisinə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi ədliyyə orqanları işçilərinin, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Ədliyyə Nazirliyinə mənsubiyyətini bildirən nişandır. Rəsmi emblemi nazirliyin blanklarında, ədliyyə orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, fərqlənmə və əməkdaşların fərqləndirmə nişanlarında, xüsusi geyim formasında yerləşdirilir. Nazirliyi rəsmi emblemindən istifadəyə Ədliyyə Nazirliyinin çap məhsullarında, kino, video, foto materiallarında, nazirliyin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında icazə verilir.
Ədliyyə Nazirliyinin rəsmi emblemi qızılı çalarlı olmaqla, dairəvi şərq qalxanının təsvirindən ibarətdir. Qalxan aşağı hissəsindən hər iki kənarı boyunca mərkəzədək mətinlik və dözümlülük rəmzi olan çarpazlaşdırılmış palıd budaqları ilə haşiyələnib. Qalxanın yuxarı hissəsində iti ucları yuxarı yönəldilmiş aypara və daxilində səkkizguşəli ulduz yerləşdirilib. Qalxanın üzərində, mərkəzdə qanunları təcəssüm etdirən kitab açıq şəkildə təsvir edilib. Kitabın üzərində, vərəqlərinin birləşdiyi hissədən keçən, düz xətt boyunca şaquli yerləşdirilmiş tiyəsi aşağı baxan qılıncın dəstəyinə ədalət və tarazlıq rəmzi olan tərəzi bərkidilib. Qılıncın uzunluq və kitabın en ölçüləri qalxanın diametrinin 3/5 hissəsini, tərəzinin eni üzrə ən uzaq nöqtələr arasında məsafə isə qalxanın diametrinin 3/4 hissəsini təşkil edir. Qalxanın dövrəsinin palıd budaqları ilə örtülməyən, qabartma üsulu ilə haşiyələnmiş yuxarı, görünən ətrafı üzərinə altı düymə bərkidilib. Emblemin palıd budaqlarının çarpazlandığı aşağı hissəsində qabartma üsulu ilə təsvir olunmuş dalğavari lentin üzərində «ƏDLİYYƏ» sözü həkk edilib. Palıd budaqlarının qalxanın arxasına keçən uc hissəsi isə budaqların uzunluğunun 1/3 hissəsini təşkil edir. Emblemin bütün elementləri qabartma üsulu ilə həkk edilib. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|