Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Bakı merinin sonu yaxınlaşır?

01.12.2008 17:10:05

Bakı merinə qarşı gizli plan sona çatır. Paytaxta yiyələnmək uğrunda mübarizəyə daha bir nəfər qoşulub
  Hazırkı iqtidar komandasında ən “uzunömürlü” kadrlardan birinin məhz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olduğu sirr deyil. Paytaxt merinin dəfələrlə istefaya göndəriləcəyi xəbəri yayılsa da, hər dəfə o öz postunu müxtəlif vasitələrlə qoruya bilib. Gah ölkə rəhbərliyini özünü asacağı ilə təhdid edib; hətta deyilənlərə görə, köməkçisi onu iş kabinetində özünü “asarkən” son anda qurtarıb və xilaskar elə bağırıb ki, bütün meriya məmurları hadisənin şahidi olublar. Ölkə rəhbərliyi də olayı bilib, təbii ki... Onun sonuncu dəfə kreslosu uğrunda çarpışmasının hətta ayaqlara düşüb yalvarmaq səviyyəsində olduğu söylənilir.
Lakin merin öz görəvini saxlamaq imkanları bitmiş kimi görünür. Artıq həmin görəvə yiyələnmək üçün klanlararası savaşın gücləndiyi barədə xəbərlər gəlməkdədir. Bununla belə, H.Abutalıbovun iş prinsipləri və korrupsiya yolu ilə sahib olduğu böyük maliyyəni ustalıqla gizlətməsi onu bir qərarla işdən götürməyi hələ ki riskli edir. Odur ki, bir neçə ildir Abutalıbovu müflisləşdirib sonra postundan uzaqlaşdırmaq planına start verilib. Müddət bu ilin sonunda bitir.
Bunu deyən qaynağımız iddia edir ki, bir neçə gün qabaq ortaya atılmış lift-işıqfor məsələsi də əslində meri çökdürmək və işdən atmaq planına xidmət edir. Daha dəqiqi, Abutalıbovdan nağd olaraq 10 milyon manatdan çox paranı büdcəyə ödəmək tələb olunur. Mer isə hər vasitə ilə “yuxarıları” inandırmaq istəyir ki, onda bu qədər var-dövlət yoxdur.
Bu yerdə xatırladaq ki, BŞİH başçısı postuna indiyədək prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun və Gəncənin icra başçısı Eldar Əzizovun adları hallanıb. İndi isə posta daha bir iddialı şəxsin peyda olduğu deyilir. Bu da “A+A konstrakşn” şirkətinin Rauf (təəssüf ki, soyadını öyrənə bilmədik) adlı prezidentidir.
Əlavə edək ki, H.Abutalıbovun böyük maliyyəsinin əlindən alınması istiqamətində ilk addım “Əzizbəyov” metrostansiyası ətrafında yeni körpülərin onun öz vəsaiti hesabına inşa etdirilməsi olub. Həmin vaxt paytaxt meri bundan imtina etsə də, sonra körpülərin tikintisinə başlamalı olmuşdu. Ardınca BŞİH-də olduqca müəmmalı bir əməliyyat keçirilmişdi. Belə ki, qara maskalı şəxslər meriyanın binasına daxil olaraq oradakı bir çox mühüm sənədləri və deyilənlərə görə, külli miqdarda pul olan seyfi aparmışdılar.
Görünür, merin gəlirlərini dəqiq hesablayanlar Hacıbala müəllimin kölgədə hələ də parasının qalmasına əmindirlər.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Sabiq nazirin qardaşı müxalifətçidir
 » ATƏT referendumu müşahidə etməyəcək
 » Həmsədrlər acıb, yeməyə gəlirlər
 » ABŞ Dövlət Departamenti bəyanat yayıb
 » Rəsmi Bakı narahatdır
 » Referendumun taleyi yeni kadra tapşırılır
 » Təhsil qanunu qəbul edildi
 » «Təhsil haqqında qanun» gündəmdə
 » Rəsmi Bakı MTRŞ-nin qərarı ilə "razılaşacaq"
 » Deputatlardan iyrənc kanallara etiraz
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.