Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Müavini Heydərovu dinlətdirirmiş

21.11.2008 20:04:41

“General-mayor Etibar Hüseynov öz nazirinin səsini yazdırıb iqtidardakı rəqiblərinə ötürürmüş”
  “Fövqəladə hallar naziri son aylar ərzində artıq ikinci general müavinini işdən uzaqlaşdırıb. Bu dəfə ”fövqəlnazir"in qəzəbinə nazirliyin Mülkü Müdafiə Xidmətinin rəisi, general-mayor Etibar Hüseynov gəlib". Bu sözlərlə başlayan xəbəri qəzetimizə etibarlılığına şübhə etmədiyimiz mənbə verib. Mənbənin dediyinə görə, general Hüseynov vaxtilə Kəmaləddin Heydərovun ən yaxın adamlarından sayılıb. 2006-cı ildə nazirlik yarananda onu işə Heydərov şəxsən özü dəvət edib. Bir neçə ay əvvəl E.Hüseynova general-mayor rütbəsi verib.

Bəs görəsən, Etibar Hüseynov niyə qəfildən Heydərovun qəzəbinə gəlib?
Mənbə bildirdi ki, öz vəzifəsinin öhdəsindən uğurla gələn general Hüseynovun fəaliyyəti Kəmaləddin Heydərovu da qane edirmiş.
Mənbəmiz sonra bunları dedi: “Nazirlə müavinin münasibəti o həddəcən yaxşı olub ki, Kamal müəllimin ən dar dairədə təşkil etdiyi məclislərdə Etibar Hüseynov əksər vaxtlar iştirak edirmiş. Onların arasının dəyməsinə isə başqa məsələ səbəb olub. Sadəcə, bir qədər əvvəl ”fövqəlnazir\"ə çatdırılıb ki, özünə yaxın bildiyi general-mayor Etibar Hüseynov ən dar məclislərdə, yığıncaqlarda öz şefinin söhbətlərini, danışıqlarını yazıb, onun iqtidardakı rəqiblərinə çatdırırmış. Bundan xəbər tutan Kəmaləddin Heydərov əvvəlcə E. Hüseynovu tənbeh edib, sonra isə vəzifəsindən kənarlaşdırıb\".
Mənbənin dediyinə görə, Etibar Hüseynov nazirlikdən tamamilə uzaqlaşdırılmayıb, sadəcə rütbəsinə uyğun olmayan çox kiçik vəzifəyə keçirilib.

***

Yeri gəlmişkən, Kəmaləddin Heydərovun həyatında dinləmə ilə bağlı daha bir məqam da olub. Bu haqda zamanında mətbuatda geniş yazılıb. Məqamı düşdüyü üçün o məşum olayı bir daha xatırlatmağı məqsədəuyğun saydıq. 2001-ci ildə o vaxt Gömrük Komitəsinin sədri vəzifəsini tutan K.Heydərov hansı səbəbə görəsə İngiltərədən gətirtdiyi xüsusi cihaz vasitəsilə İlham Əliyevin telefon danışıqlarını dinlətdirirmiş. Üstündən bir qədər keçəndən sonra bunun üstü açılır. Və o dövrdə medianın yazdığı, indiyə qədər də təkzibolunmayan xəbərlərə görə, bu işin üstündə K. Heydərovu ciddi dərəcədə cəzalandırıblarmış. Bu səbəbdən də o, ölkədən çıxmaq məcburiyyətində qalıb. Yalnız atası Fəttah Heydərovun mərhum prezident Heydər Əliyevə minnətçi düşməsindən və onun razılığını almasından sonra Kəmaləddin Heydərovun ölkəyə qayıtması mümkün olur. Bir daha xatırladırıq ki, bu xəbərlər 2001-2002-ci illərdə Azərbaycanın bir neçə nüfuzlu KİV-lərində dərc olunmuş yazılardan götürülüb.

***

Maraqlıdır, görəsən, hörmətli Kamal müəllim dar çevrədə nələr və kimlər haqda danışırmış ki, müavini onun səsini yazıb iqtidardakı rəqiblərinə ötürüb? Mənbəmiz dedi ki, Kəmaləddin Heydərov adətinə uyğun olaraq özünə yaxın bildiyi şəxslərin əhatəsində emosiyalarına nəzarət edə bilmir və yaxın gələcəklə bağlı qurduğu xəyallarını tez-tez dilə gətirir. Bu isə hakim dairələrdə qətiyyən xoş qarşılanmır.
Etibar Hüseynovun vəzifəsindən çıxarıldığı barədə xəbəri dəqiqləşdirmək üçün dünən FHN-in mətbuat xidmətinin rəhbəri Tural Müseyibovla telefon vasitəsilə əlaqə saxlamaq istədik. Lakin xidmət rəhbəri zənglərimizə cavab vermədi.
Mövzuya qayıdacağıq.
Yazıda adıçəkilənlərin fikirlərini də dərc etməyə hazırıq.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Sabiq nazirin qardaşı müxalifətçidir
 » ATƏT referendumu müşahidə etməyəcək
 » Həmsədrlər acıb, yeməyə gəlirlər
 » ABŞ Dövlət Departamenti bəyanat yayıb
 » Rəsmi Bakı narahatdır
 » Referendumun taleyi yeni kadra tapşırılır
 » Təhsil qanunu qəbul edildi
 » «Təhsil haqqında qanun» gündəmdə
 » Rəsmi Bakı MTRŞ-nin qərarı ilə "razılaşacaq"
 » Deputatlardan iyrənc kanallara etiraz
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.