| |
Geri |
|
| |
 |
İraq Azərbaycandan!
21.11.2008 14:41:01
Rusiya prezidentin səlahiyyət müddəti 4 ildən 6 ilə qədər artırıldı
|
|
| |
Dövlət Duması sonuncu oxunuşda Konstitusiya dəyişikliyinə qəbul etdi.
Rusiya dövlət Duması üçüncü – sonuncu oxunuşda Konstitusiya dəyişikliyini qəbul edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu dəyişikliyə uyğun olaraq prezidentin səlahiyyət müddəti 4 ildən 6 ilə qədər uzadılır. Layihənin lehinə 392, əleyhinə isə 57 deputat (Kommunist Partiyasının fraksiyası) səs verib.
Yeni layihə Dövlət Dumasının səlahiyyətini də 4 ildən 5 ilə qədər artırır. Bundan əlavə, qanun layihəsinə uyğun olaraq hökumət hər il parlament qarşısında hesabat verməlidir. Yeni səlahiyyət müddəti hazırkı prezidentə və fəaliyyətdə olan deputatlara şamil olunmayacaq. Artırılmış səlahiyyət müddətindən ancaq növbəti prezident və yeni seçiləcək Dövlət Duması yararlana bilər.
Xatırladaq ki, Konstitusiyaya dəyişikliyi prezident Dmitri Medvedev noyabrın 5-də Federal məclisə müraciəti zamanı təklif edib. Bu dəyişikliklər referendum keçirilməsini tələb etmir. Qanunun qəbul edilməsi üçün Federasiya Şurasının ¾-nün və regional qanunverici orqanların 2/3-nün razılığı kifayət edir.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|