| |
Geri |
|
| |
 |
Yeni rəhbərlər təsdiq edildi
19.11.2008 21:02:52
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiq edilib. Yeni təyinatlar arasında üç dəyişiklik var |
|
| |
Prezident İlham Əliyev, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Beləliklə, yeni heyətdə aşağıdakı şəxslər var:
Abbas Abbas oğlu Ələsgərov-Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri; Arif Xanoğlan oğlu Qaraşov- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi; Arif Mikayıl oğlu Vəliyev- Dövlət Statistika Komitəsinin sədri; Arif Əhməd oğlu Məmmədov- Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru; Arzu Yusif oğlu Rəhimov- Dövlət Miqrasiya Xidmətinin rəisi; Ataxan Əvəz oğlu Paşayev- Milli Arxiv İdarəsinin rəisi; Aydın Əli oğlu Əliyev- Dövlət Gömrük Komitəsinin sədri; Elçin İsağa oğlu Quliyev- Dövlət Sərhəd Xidmətinin rəisi; Hicran Kamran qızı Hüseynova- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri; Hidayət Xuduş oğlu Orucov- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri; İskəndər Hüseyn oğlu Çəndirli- Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru; Kamran Sultan oğlu İmanov- Müəllif Hüquqları Agentliyinin sədri; Kərəm Əvəz oğlu Həsənov- Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri; Qərib Şamil oğlu Məmmədov- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri; Qüdrət Qəmbər oğlu Qurbanov- Dövlət Dəniz Administrasiyasının rəisi; Nazim Hüseyn oğlu İbrahimov- Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri; Ramiz Ayvaz oğlu Həsənov- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri; Rüfət Cəbrayıl oğlu Aslanlı- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri; Səlim Yanvar oğlu Müslümov- Dövlət Sosial Müdafiə Fondunun sədri.
Əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə Gündüz Məmmədov, Müəllif Hüquqları Agentliyinə Abutalıb Səmədov, Satınalmalar üzrə Dövlət Agentliyinə isə İmran Mehdiyev rəhbərlik edirdi.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|