| |
Geri |
|
| |
 |
Yəhudi azğınlığı
22.11.2008 04:35:01
Yəhudi köçkünlər müsəlman məzarlarını da dağıtdılar, məscidi təhqir etdilər
|
|
| |
İsrail məhkəməsinin qərarı ilə evlərindən çıxarılan yəhudi köçkünlər Xevron şəhərindəki məscidin divarlarına təhqiramiz yazı və şəkillər çəkiblər. Bundan sonra onlar, müsəlman qəbristanlığında bir neçə məzarı dağıdıblar. Hz.Məhəmmədi təhqir edən və bütün ərəbləri qətlə yetirməyə çağıran yazılarla şəkillər dünən gecə çəkilib. Müsəlman məzarlarından üçü dağıdılmaqla bahəm, onların sinədaşlarına altıgüşəli ulduzlar çəkilib. Yəhudi köçkünlərin bu hərəkətlərinin səbəbi onların tutduqları evlərdən birini azad edərək binanın qanuni sahibi olan fələstinliyə qaytarmaları barədə məhkəmə qərarı olub. Yəhudilər dördmərtəbəli binanı $700 minə satın aldıqlarını desələr də, ev sahibi bu iddianın yalan olduğunu sübut edə bilib. Həmin bina 2007-ci ildə Xevronu tərk etmək istəməyən onlarla yəhudi tərəfindən ələ keçirilib və "Sülh Evi" adlandırıılb. Hazırda Xevronda 170 min ərəbin içində 500 yəhudi köçkün yaşayır. Yəhudilərin kompakt yaşadığı məhəllələr İsrail ordusunun hərbçiləri tərəfindən günboyu mühafizə olunur. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|