Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Sarkisyan çox qəzəblənib...

18.11.2008 20:34:09

“Siz azərbaycanlıların suflyorlarısınız, ya onların spekulyasiyalarından həzz alırsınız?”
  Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün Türkiyədə baş tuta biləcəyi haqda xəbərlər təsdiqlənir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri zamanı bildirib ki, Ankara Qarabağ münaqişəsinin həlli üçün səyləri artırıb. Ərdoğanın sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin yeni fazaya daxil olması münaqişənin həllinə kömək edə bilər. Baş nazir deyib ki, BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə hazırdır.
Ərdoğanın fikrincə, Moskvada Rusiya, Ermənistan və Azərbaycan prezidentləri arasında aparılmış danışıqlar problemin həlli istiqamətində atılan mühüm addım olub. “Biz prezidentlərin növbəti görüşünün Türkiyədə keçirilməsini təklif etmişik”, - deyə Ərdoğan bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Türkiyədə görüşə biləcəyi haqda xəbərlər hələ prezident İlham Əliyevin Ankaraya səfəri zamanı yayılıb. Həmin səfər zamanı Türkiyə hökumətindəki mənbələr xəbər vermişdilər ki, prezident Abdullah Gül üçtərəfli görüşün keçirilməsini təklif edib. Azərbaycanın dövlət başçısı bu təkliflə razılaşıb, Ermənistanın razılığını almaq üçün isə İrəvanla təmaslar qurulacaq. Lakin erməni tərəfi bildirir ki, belə görüş haqda onlara təklif daxil olmayıb. Xarici işlər naziri Edvard Nalbəndyan dünən İrəvanda Macarıstan xarici işlər naziri ilə birgə keçirdiyi brifinq zamanı deyib ki, Türkiyə tərəfi təşəbbüs barədə onları məlumatlandırmayıb: “Belə təklif edilməyib. Ona görə də təklifi görmədən nəsə şərh vermək düzgün deyil”.
Bununla belə, artıq məlumdur ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan noyabrın 24-də Türkiyəyə səfər edəcək. Bu, Ermənistan xarici şlər nazirinin Türkiyəyə ilk rəsmi səfəridir. Daha sonra Türkiyə xarici işlər naziri Əli Babacanın Bakıya səfər edəcəyi gözlənilir. Çox güman ki, Ankarada prezidentlər arasında üçtərəfli görüş ideyası haqda Nalbəndyanın səfəri zamanı müzakirələr aparılacaq, bu görüşün gündəmi ilə bağlı danışıqlar olacaq. Bu səfərlər Türkiyənin hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya ilə eyni vaxtda fəal rol oynadığını təsdiq edir. Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyənin təklifini qəbul edəcəyi gözlənilir, o deyib ki, azərbaycanlı həmkarı ilə istənilən yeni görüşə hazırdır və belə görüşləri dəstəkləyir.
Bu arada Sərkisyan dünən İrəvanda Minsk Qrupunun həmsədrlərini qəbul edib. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər danışıqların indiki mərhələsi ətrafında müzakirələr aparıblar. Həmsədrlər Bakıda apardığı danışıqlar haqda Sərkisyanı məlumatlandırıb. Xəbər verildiyi kimi, regiona səfərlərini noyabrın 13-də Bakıdan başlayan həmsədrlər ötən həftə İrəvana gedərək xarici işlər naziri E.Nalbəndyanla görüşüblər. Daha sonra onlar Xankəndinə yollanıblar və separatçı rejiminin rəhbəri ilə danışıqlar aparıblar. Həmsədrlərin Xankəndindən İrəvana yola düşməsindən az sonra Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa səfər edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, Sarkisyan səfər zamanı cəbhə xəttində də olub, hərbçilərin yaşayış şəraiti və xidməti ilə maraqlanıb. Daha sonra Ermənistan prezidenti Azərbaycan ərazisinə icazəsiz səfəri zamanı arxeoloji qazıntılar aparılan “Artsax Tiqranakerti” adlanan ərazidə də olub və qazıntı işləri ilə maraqlanıb. Sərkisyanın Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşü zamanı danışıqlar prosesinin gedişi haqda müzakirələr apardığı da bildirilir.
İrəvanda jurnalistlərlə söhbətində rusiyalı həmsədr Yuri Merzlyakov məlumat verib ki, onlar prezidentlərin növbəti görüşünün nə vaxt və harada baş tutacağını bilmirlər. Lakin xarici işlər nazirləri arasında görüşün yeri və vaxtı artıq məlumdur. Bu görüş dekabrın əvvəllərində Helsinkidə ATƏT xarici işlər nazirlərinin illik toplantısı zamanı baş tutacaq. Merzlyakov həmsədrlərin yüksək səviyyədə görüşləri intensivləşdirəcəyini də deyib: “Hələlik prezidentlərin növbəti görüşünün vaxtını göstərmək mürəkkəb məsələdir, lakin görüş hökmən olacaq, baxmayaraq ki, prosesə tormozlayıcı təsir göstərən bəzi arzuolunmaz məqamlar ortaya çıxa bilər”. Rusiylı diplomat əlavə edib ki, belə təsirləri nəzərə almamaq mümkün deyil, çünki onlar diqqəti yayındırır və həmsədrlər bundan qaçmağa çalışır.
Ermənistan İctimai Televiziyası isə bazar günü axşam prezident S.Sərkisyanın Qarabağ danışıqlarının gedişinə həsr edimiş geniş müsahibəsini yayımlayıb. Həmin müsahibədə Sərkisyan deyib ki, (“Novosti-Armeniya”) Moskva bəyannaməsinə imza atmaqla Azərbaycan münaqişənin güc yoluyla həllindən imtina edib və ancaq siyasi yolla həll variantını seçib. O, sənədin tənqidlərlə qarşılaşacağına əvvəlcədən şübhə etmədiyini də bildirib: “Ancaq Qarabağ məsələsi o zaman həll ediləcək ki, biz Dağlıq Qarabağ və Azərbaycan prezidentlərini problemin dinc yolla həllinə dair iradə nümayiş etdirdikləri üçün təbrik edək”. Sərkisyan əlavə edib ki, o, Dağlıq Qarabağın və onun “prezidentinin” danışıqlara qoşulmasına tərəfdardır və bunu ən effektiv yol sayır: “Lakin Moskva bəyənnaməsinin bu məsələyə aidiyyəti yoxdur. Çünki bu sənəd prezidentlərin problemi necə həll etmək barədə mövqelərini əks etdirir”. Ermənistan prezidenti Moskva bəyannaməsinin imzalanmasından sonra Fransaya və Belçikaya səfər etdiyini xatırladaraq belə deyib: “Əgər mənə Parisdə və ya Avropa Birliyinin strukturlarında təklif etsəydilər ki, münaqişənin dinc yolla həllinə üstünlük verdiyimiz haqda sənəd imzalayaq, mən deməliydim ki, gözləyin, mən Dağlıq Qarabağ nümayəndəsini də dəvət edim? Axı bu məntiqi deyil”.
Sərkisyan onu da deyib ki, bəyannamədə münaqişənin beynəlxalq hüuq normaları çərçivəsində nizamlanmasına dair yer alan bəndin Azərbaycanın maraqlarına cavab verdiyi haqda fikirlər əsassızdır: “Aydındır ki, azərbaycanlılar bu məsələ ətrafında spekulyasiya edəcəklər. Bəs siz niyə edirsiniz? Bəyəm siz azərbaycanlıların suflyorlarısınız? Yaxud azərbaycanlıların spekulyasiyalarından həzz alırsınız? Başa düşmək lazımdır ki, bu, Sərkisyanın deyil, Qarabağın problemidir. Siz Serj Sərkisyanı sevə və ay sevməyə, ona hörmət edə və ay etməyə bilərsiniz. Siz hər məsələni tənqid edə bilərsiniz, ancaq hamı başa düşməlidir ki, bu Qarabağın problemidir”.
Ermənistan prezidenti onu da deyib ki, heç vaxt birtərəfli güzəştlərə getməyəcək. Sərkisyanın sözlərinə görə, Ermənistanda bəzi qüvvələr hələ də hesab edir ki, seçkilər başa çatmayıb, ona görə də rəsmi mövqeləri nəzərə almadan Azərbaycan və Türkiyə mətbuatında yazılanları təftiş edir, müxtəlif fərziyyələr irəli sürürlər: “Mən illər boyu demişəm ki, bu münaqişə ancaq Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi halında mümkün ola bilər. Daha dəqiq deyirəm: Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanısa, Dağlıq Qarabağ Ermənistanla quru sərhədlərinə malik olsa, oranın əhalisi güclü təhlükəsizlik təminatı alsa, məsələ həll olunar. Bu formulirovka aydındır, yalnız ağıldan kəmlər burada ancaq güzəştlər görə bilər. Bizim məqsədimiz problemin həllidir, bu yolda biz öz döyüş yoldaşlarımızla və xalqımızla tam səmimi olacağıq”.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Moskvada 26 nəfər soyuqdan ölüb
 » Yuşşenko Medvedevdən qaz tələb etdi
 » Qətliyamdan sonra «humanitar dəhliz»
 » Qəzza uğrunda döyüşlər gedir
 » ABŞ prezidentləri Ağ Evə yığışıblar
 » Rusiya Avropanı qazsız qoydu
 » İsrail səfiri deportasiya edilir
 » İsrail Qəzza bölgəsində üç məktəbi bombalayıb
 » Buşun ailəsi qırılırmağa başlayıb
 » Qvatemalada sürüşməsi baş verib
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.