| |
Geri |
|
| |
 |
Saakaşvilidən sensasiya
18.11.2008 18:23:36
“Rusiya Azərbaycana görünməmiş təzyiqlər edir və öz qoşunlarını Qarabağda yerləşdirmək istəyir” |
|
| |
Fransanın nüfuzlu “Le Fiqaro” qəzetinə verdiyi müsahibədə Gürcüstan prezidenti Mixail Saakaşvili iddia edib ki, Rusiya Azərbaycan üzərinə təzyiq edərək, öz qüvvələrini bu ölkədə sülhməramlı əsgərlər qismində yerləşdirmək istəyir. Mixail Saakaşvili 7 avqustda Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək cəhdindən təəssüf hissi keçirmədiyini söyləyib. Mixail Saakaşvilinin sözlərinə görə, Kreml Şimali Qafqazda iki əsas məqsəd yürüdür: birincisi, enerji sərvətlərinin nəqli istiqamətləri üzərində nəzarəti ələ almaq və Gürcüstanda demokratik quruluşu devirmək.
Onun sözlərinə əsasən, Rusiya Azərbaycan üzərinə nəhəng təzyiqlər edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sülhməramlı qüvvələrini bu ölkədə yerləşdirmək istəyir.
Xəbərdə deyilir ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Moskva kəskin şəkildə özünün Azərbaycan-Ermənistan münaqişəsindəki vasitəçilik səylərini gücləndirib. Ekspertlərin fikrincə, Moskvada Azərbaycan-Ermənistan-Rusiya prezidentlərinin görüşünü belə cidd-cəhdlə təşkil etməklə, Kreml hazırda yaranmış vəziyyətdən maksimum xeyir götürmək istəyir. “Le Fiqaro”ya müsahibədə Gürcüstan prezidenti Saakaşvili avqust müharibəsinə aid bir sıra maraqlı iddialarla çıxış edib. Onun sözlərinə görə, hələ 2006-cı ildə Rusiya prezidenti Putin ona Cənubi Osetiya və Abxaziyada Şimali Kipr stilində hərbi işğal variantına dəstək verdiyini söyləmişdi. M.Saakaşvili deyib ki, hazırda Rusiyanın Avropa ilə münasibətlərinin gələcəyi Tiflisdə həll olunur: “Ərazi bütövlüyü məsələsində güzəştlər pis ideyadır. Çünki ruslar bunu zəiflik əlaməti kimi görəcəklər”.
Onun sözlərinə görə, hazırda Rusiya iqtisadi və siyasi cəhətdən zəifdir. Rusiyanın təzyiqlərinə qarşı isə “demokratiya və açıqlıqla” mübarizə aparmaq lazımdır. Mixail Saakaşvili, məğlubiyyətə baxmayaraq, 7 avqustda Cənubi Osetiyaya hücum etmək qərarına təəssüf etmədiyini vurğulayıb.
Xatırladaq ki, Saakaşvili son günlər iki dəfə Bakıda olub. Rusiyanın hərbi müdaxiləsindən sonra ilk dəfə Azərbaycan prezidenti, özünün yaxın dostu saydığı İlham Əliyevlə onun andiçmə mərasimində görüşüb. Ötən həftə isə Saakaşvili enerji sammitində iştirak etmək üçün Bakıda olub. Bu səbəbdən onun Rusiyanın Azərbaycana etdiyi təzyiqlər haqda onun birinci mənbədən aldığı informasiyalara əsasən danışdığı ehtimal olunur. Son vaxtlar Rusiyanın Azərbaycan üzərinə güclü təzyiqlər etdiyi haqda Bakıdakı Qərb diplomatik çevrələri də bildirib. Məlumatlara görə, Rusiya Qarabağda özünün çoxminli hərbi qüvvələrini yerləşdirmək planları qurub.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|