Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Röya da həbs oluna bilər

18.11.2008 21:25:08

Sənətçinin əlindən yanıqlı olan qayınatası Çingiz Cəlilov onu ekstazi işi ilə bağlı tutdurmaq istəyir
  “Populyar estrada müğənnisi Röya Nəcəfova həbs edilə bilər. Çünki hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 nəfərdən ibarət narkodəstə ilə bağlı gedən məhkəmə prosesində onun da da hallanır. Amma Röyanın həbsinə başqa, bir qədər şəxsi xarakter daşıyan daha ciddi mülahizələr səbəb ola bilər”.
Xatırladaq ki, adıçəkilən məhkəmədə səslənən ittiham aktına görə, narkodəstəyə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov rəhbərlik ediblər. Onlar ölkəyə xaricdən narkotik maddə sayılan bahalı ekstazi həbləri gətirib satmaqda suçlanır.
Sonuncu məhkəmə prosesində Y.Həsənov MTN-də aparılan istintaq zamanı müstəntiqlərin onu şantaj etməsindən danışmışdı. O demişdi ki, telefonundan müğənni Röyanın nömrəsi çıxdığından sənətçi xanımı da istintaqa çağıraraq dindirmək istəyiblər. Lakin o, verilən bütün saxta sənədlərə qol çəkməyə razılaşandan sonra Röyanı MTN-ə çağırmayıblar. Röyanın prodüserinin qəzetimizə açıqlamasında da bu əlaqəni təsdiqləyən maraqlı məqam var. Prodüserin dediyinə görə, Röya ilə Yalçın həqiqətən də dost-tanış olublar.
Əslində ekstazi işi ilə bağlı Röyadan əvvəl də bir neçə sənətçinin adı hallanıb. Bu sırada müğənnilər Brilliant Dadaşova və Aygün Kazımova da var. Təbii ki, onlar bu işə bilavasitə yox, dolayısı ilə aiddir. Belə ki, vaxtilə məhz onların yanında çalışan bir neçə musiqiçinin adı bu məşhur işdə keçir.
Röya ilə bağlı məsələ isə fərqlidir. Məsələn, o, özü də etiraf edir ki, narkobandanın başçısı Yalçın Həsənovla çox yaxın münasibətləri olub. Bu, məsələnin bir tərəfidir.
Məsələnin digər tərəfi odur ki, Röya Azərbaycanın tanınmış iş adamlarından olan “Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu Anarla rəsmi nikah bağlayıb. Cütlük avqustda “Sarı gəlin” restoranında möhtəşəm toy şənliyi də düzənləyib. Röyanın bütün qohumları bu toyda iştirak etsə də bəy tərəfdən məclisə heç kim gəlməyib. Hələ o vaxt qəzetlər yazırdı ki, Anarın valideynləri övladlarının açıq-saçıq geyinən hansısa müğənni ilə ailə qurmasının qəti əleyhinə imiş və bunu özlərinə yaraşdırmırmış. Cəlilovlar ailəsini qəzəbləndirən həm də o imiş ki, Röya Anarın keçmiş ailəsini dağıdıb. Məsələnin incə tərəfi odur ki, Anarı valideynlərinin, ailəsinin yanına qayıtmağa qoymayan yeganə qüvvə də elə Röyadır.
İndi isə Anarı Röyadan alıb geri - öz ailəsinə qaytarmaq üçün çox gözəl şans yaranıb. Əlimizə çatan xəbərlərə görə, bu fürsət hazırda bütün detalları ilə dəyərləndirilməkdədir. Söhbət ondan gedir ki, Çingiz Cəlilov Röyanı ekstazi işi çərçivəsində bir neçə müddətə məhbəsə atdırmaq niyyətinə düşüb, yaxud ən azı belə bir ehtimal var. Hadisələrin məhz bu yöndə cərəyan edəcəyi deyilir və həmin fikirlər belə əsaslandırılır ki, bu iş adamının “əlləri çox uzundur”. Bir qədər əvvəl onun digər oğlu Teymur Cəlilov Bakının mərkəzində, “Neftçilər” prospektində bir piyadanı idarə etdiyi “BMV” markalı maşınla vurmuş, cəsəd zərbədən üç yerə bölünmüşdü. Amma Teymur üçcə gün də olsa məhbəsdə yatmadı. Çox böyük ehtimalla bu “uzun əllər” Röyanı da türməyə saldıra bilər. Axı hətta arxa-dayağı çox böyük şəxslərə bağlı adamların övladları da məhz ekstazi işinə görə həbsxanadadır. Röyanın isə bir arxası ola bilərdi. O da məhz Çingiz Cəlilov. O isə Röyaya az qala qan düşməni, ailəsinin bir nömrəli bədxahı kimi baxır.
Mövzuya qayıdacağıq.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » “İvan Buninin axırıncı döyüşü”
 » Tarkan Bakıda konsert verir
 » Teatrların Yeni il repertuarı
 » Tarkan Bakıdadır
 » Elnarə ilə Xatirə barışdılar
 » Dekabrın 29-da Bakıya gələcək
 » Mükafat alanlar mükafatı saymadllar
 » Aybəniz Haşımovanın səhhəti pisləşib
 » "Avroviziya" rəqs müsabiqəsi Bakıda
 » «Molla Nəsrəddin-Azərbaycan-2009»
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.