| |
Geri |
|
| |
 |
Obamanın babası adam yeyib
20.11.2008 13:42:18
Radoslav Sikorski: “Obamanın babası Afrikada bizim bir missionerimizi yeyib”
|
|
| |
Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ABŞ-ın yeni seçilmiş prezidenti Baraka Obama haqqında irqçi məzmunlu zarafat etdiyi barədə xəbər yayılıb. Bu barədə Böyük Britaniyada nəşr olunan “Daily Mail” qəzeti yazıb. Qəzet Polşa parlamentinin müxalifətçi deputatına istinadən nazirin aşağıdakı sözləri söylədiyini xəbər verib: “Obamanın Polşa ilə tarixi bağlılığı var. Onun babası Afrikada bizim bir missionerimizi yeyib”. Məsələyə reaksiya verən Polşa Xarici İşlər Nazirliyi faktı inkar etməyib: “Ancaq nazirin irqçilik və ya cənab Obamaya həqarət etmək kimi bir düşüncəsi olmayıb. Cənab Sikorski sadəcə, Obama ilə bağlı xoşagəlməz və irqçi məzmunlu zarafatlara dair bir nümunə göstərmək istəyib”.
Xatırladaq ki, İtaliyanın baş naziri Silvio Berluskoni də B. Obamanın dərisinin rənginə işarə edərək onun təbii “zaqar”ı olduğunu söyləmişdi.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|