| |
Geri |
|
| |
 |
“O günlərdən uzaqlaşdıqca..."
18.11.2008 18:54:44
Nemət Pənahlı: “O günlərdən uzaqlaşdıqca görürəm ki, nə qədər möhtəşəm işlər həyata keçirmişik”
|
|
| |
Milli azadlıq hərəkatının 20-ci ildönümü dövlət səviyyəsində qeyd olunmadı. Yalnız həmin günlərin şahidlərinin xatirələrinin mətbuatda əksini tapması Azərbaycanın şərəfli keçmişinə işıq salmaqda yardımçı oldu. Meydan hərəkatının əsas qəhrəmanı olan “azadlıq aşiqi” Nemət Pənahlı bugünlərdə də heç yerdə gözə dəymədi. Dünən Nemət bəyə telefon açıb Dirçəliş Gününü necə qeyd etməsi, 20 il öncəni necə xatırlaması barədə suallar vermək istədik. Ancaq o, israrla hər hansı açıqlama verməyəcəyini bildirdi: “Son günlər qəzet, televiziya və radiolardan zənglər olub. Heç birinə danışmamışam. Mənimçün maraqlıdır ki, görüm millət özü nə edir? Dedilər, Sabir Rüstəmxanlı ilə Etibar Məmmədov ANS-də çıxış edir. Amma mən heç televizoru da açmıram. Şəhriyar demişkən, ”oturmuşam seyr edirəm özümdə".
N.Pənahlı dedi ki, xalq onu unutmur: “Ayrı-ayrı vətəndaşlar zəng edib təbriklərini çatdırırlar. Vətəndaşlardan təbrik zəngləri almışam. Deyirlər, bu gün sənin günündür. Özü də zəng edənlərin böyük əksəriyyətini tanımıram”.
Həmsöhbətimiz Dirçəliş gününə soyuq münasibətlə də razılaşmır: “Xalq hər il bu günü bayram edib. Sadəcə olaraq, sonra rəsmi şəkildə bu bayramın qeyd olunması yasaqlandı. Ancaq bu qədər antitəbliğatın qarşısında əgər millət bu günü yaşadırsa, deməli, qəhrəmandır. Bəzi dairələr bilərəkdən bu günü silməyə, tarixin saxtalaşdırılmasına çalışırlar”.
N.Pənahlı Dirçəliş Günü ilə bağlı heç bir tədbirə qatılmadığını bildirdi: “Mən öz işimi görmüşəm. O günlərdən uzaqlaşdıqca görürəm ki, nə qədər möhtəşəm işlər həyata keçirmişik”.
Nemət bəy birdəfəlik kənara çəkilmək fikrində deyil: “Nə zamansa qayıdacağam, o zaman yenilikləri görəcəksiniz. Bu illər ərzində mənim bacara bilməyəcəyim bir şey vardı - susmaq. Onu da dünyaya, millətə sübut elədim ki, lazım gələndə Nemət susmağı da bacarır. Ancaq bu illərdə ortaya heç kim çıxmadı. Bəs hanı bu millətin ziyalısı? Niyə bir nəfər vətənin ağrı-acısını çəkmir?" Həmsöhbətim Qarabağ məsələsinin yenidən milləti meydana yığacağını istisna etmir. Sonuncu dəfə Azadlıq meydanında nə zaman olduğuna gəldikdə, N.Pənahlı “yadımda deyil” söylədi.
Əlavə edək ki, N.Pənahlı yaradıcılığını da davam etdirir. Hələlik kitablarını nəşr etdirə bilməsə də, ruhdan düşməyərək yeni-yeni şeirlər yazır.
Yeni Musavat |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|