| |
Geri |
|
| |
 |
Müavini Heydərovu dinlətdirirmiş
21.11.2008 20:04:41
“General-mayor Etibar Hüseynov öz nazirinin səsini yazdırıb iqtidardakı rəqiblərinə ötürürmüş” |
|
| |
“Fövqəladə hallar naziri son aylar ərzində artıq ikinci general müavinini işdən uzaqlaşdırıb. Bu dəfə ”fövqəlnazir"in qəzəbinə nazirliyin Mülkü Müdafiə Xidmətinin rəisi, general-mayor Etibar Hüseynov gəlib". Bu sözlərlə başlayan xəbəri qəzetimizə etibarlılığına şübhə etmədiyimiz mənbə verib. Mənbənin dediyinə görə, general Hüseynov vaxtilə Kəmaləddin Heydərovun ən yaxın adamlarından sayılıb. 2006-cı ildə nazirlik yarananda onu işə Heydərov şəxsən özü dəvət edib. Bir neçə ay əvvəl E.Hüseynova general-mayor rütbəsi verib.
Bəs görəsən, Etibar Hüseynov niyə qəfildən Heydərovun qəzəbinə gəlib? Mənbə bildirdi ki, öz vəzifəsinin öhdəsindən uğurla gələn general Hüseynovun fəaliyyəti Kəmaləddin Heydərovu da qane edirmiş. Mənbəmiz sonra bunları dedi: “Nazirlə müavinin münasibəti o həddəcən yaxşı olub ki, Kamal müəllimin ən dar dairədə təşkil etdiyi məclislərdə Etibar Hüseynov əksər vaxtlar iştirak edirmiş. Onların arasının dəyməsinə isə başqa məsələ səbəb olub. Sadəcə, bir qədər əvvəl ”fövqəlnazir\"ə çatdırılıb ki, özünə yaxın bildiyi general-mayor Etibar Hüseynov ən dar məclislərdə, yığıncaqlarda öz şefinin söhbətlərini, danışıqlarını yazıb, onun iqtidardakı rəqiblərinə çatdırırmış. Bundan xəbər tutan Kəmaləddin Heydərov əvvəlcə E. Hüseynovu tənbeh edib, sonra isə vəzifəsindən kənarlaşdırıb\". Mənbənin dediyinə görə, Etibar Hüseynov nazirlikdən tamamilə uzaqlaşdırılmayıb, sadəcə rütbəsinə uyğun olmayan çox kiçik vəzifəyə keçirilib.
***
Yeri gəlmişkən, Kəmaləddin Heydərovun həyatında dinləmə ilə bağlı daha bir məqam da olub. Bu haqda zamanında mətbuatda geniş yazılıb. Məqamı düşdüyü üçün o məşum olayı bir daha xatırlatmağı məqsədəuyğun saydıq. 2001-ci ildə o vaxt Gömrük Komitəsinin sədri vəzifəsini tutan K.Heydərov hansı səbəbə görəsə İngiltərədən gətirtdiyi xüsusi cihaz vasitəsilə İlham Əliyevin telefon danışıqlarını dinlətdirirmiş. Üstündən bir qədər keçəndən sonra bunun üstü açılır. Və o dövrdə medianın yazdığı, indiyə qədər də təkzibolunmayan xəbərlərə görə, bu işin üstündə K. Heydərovu ciddi dərəcədə cəzalandırıblarmış. Bu səbəbdən də o, ölkədən çıxmaq məcburiyyətində qalıb. Yalnız atası Fəttah Heydərovun mərhum prezident Heydər Əliyevə minnətçi düşməsindən və onun razılığını almasından sonra Kəmaləddin Heydərovun ölkəyə qayıtması mümkün olur. Bir daha xatırladırıq ki, bu xəbərlər 2001-2002-ci illərdə Azərbaycanın bir neçə nüfuzlu KİV-lərində dərc olunmuş yazılardan götürülüb.
***
Maraqlıdır, görəsən, hörmətli Kamal müəllim dar çevrədə nələr və kimlər haqda danışırmış ki, müavini onun səsini yazıb iqtidardakı rəqiblərinə ötürüb? Mənbəmiz dedi ki, Kəmaləddin Heydərov adətinə uyğun olaraq özünə yaxın bildiyi şəxslərin əhatəsində emosiyalarına nəzarət edə bilmir və yaxın gələcəklə bağlı qurduğu xəyallarını tez-tez dilə gətirir. Bu isə hakim dairələrdə qətiyyən xoş qarşılanmır. Etibar Hüseynovun vəzifəsindən çıxarıldığı barədə xəbəri dəqiqləşdirmək üçün dünən FHN-in mətbuat xidmətinin rəhbəri Tural Müseyibovla telefon vasitəsilə əlaqə saxlamaq istədik. Lakin xidmət rəhbəri zənglərimizə cavab vermədi. Mövzuya qayıdacağıq. Yazıda adıçəkilənlərin fikirlərini də dərc etməyə hazırıq. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|