| |
Geri |
|
| |
 |
İlhamənin məhkəməsində qalmaqal
21.11.2008 17:21:42
Sərxan Kərəmoğlunun İlhamə Quliyevaya qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. |
|
| |
Bu gün Moskvadakı Nəsibə Zeynalova adına Teatrın bədii rəhbəri və direktoru Sərxan Kərəmoğlunun Azərbaycanın xalq artisti İlhamə Quliyevaya qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.
İ. Quliyeva Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesə qatılmayıb. İclasda onun nümayəndəsi Aida Həsənova, müğənni Ülvi Qılınc, impressariosu Tolik (Tarix Əliyev), mətbuat katibi Faiq Ələkbərli və bir neçə yaxın qohumu iştirak edib. S. Kərəmoğlunun hüquqlarını məhkəmədə vəkil İlhamə Həsənova, İ. Quliyevanın hüquqlarını isə vəkil Şəfiqə Nağıyeva müdafiə edib.
Şahid qismində ifadə vermək üçün prosesdə iştirak edən Azərbaycanın xalq artisti Flora Kərimova hakimin qərarı ilə məhkəmə zalından çıxarılıb.
Proses başlayan kimi İ. Quliyevanın vəkili Ş. Nağıyeva iddiaçının hüquqlarını müdafiə edən İ. Həsənovanın qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirərək, hakimdən onun prosesdən uzaqlaşdırılmasını tələb edib. Ş. Nağıyeva, eyni zamanda Flora Kərimovanın prosesdə şahid qismində ifadə verməsinin əleyhinə çıxıb: “Hər kəsə məlumdur ki, İlhamə Quliyeva ilə Flora Kərimova arasında illər boyu davam edən münaqişə var. Bu münaqişə hətta düşmənçilik səviyyəsinə çatıb. Buna görə də Flora Kərimovanın bu prosesdə şahid qismində dinlənilməsi qanuna ziddir”.
Ş. Nağıyeva hakim Abbas Rzayevin də işi düzgün araşdırmadığını iddia edərək, onun başqa hakimlə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. İki saata yaxın davam edən prosesdə Ş. Nağıyeva və İ. Həsənova arasında kəskin mübahisələr baş verib. Vəziyyəti bu cür görən hakim məhkəmə zalına xüsusi mühafizəçilər cəlb etməli olub. Hakim Abbas Rzayev Ş. Nağıyevadan sübutlar tələb etsə də, vəkil heç bir sübut təqdim edə bilməyib. Bunu əsas gətirən məhkəmə Ş. Nağıyevanın vəsatətlərini təmin etməyib.
Proses dekabrın 4-də davam etdiriləcək. Həmin prosesdə Flora Kərimovanın, cavabdeh İ. Quliyeva tərəfdən isə Ülvi Qılınc və Tolikin şahid qismində ifadə verməsi nəzərdə tutulur.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|