| |
Geri |
|
| |
 |
Quldurlar gəmini partlatmaq istəyir
11.10.2008 13:35:15
Dəniz quldurları göyərtəsində 20 nəfərin olduğu gəmini partlatmaq istəyir. Onlar 8 milyon dollar fidiyənin üç gün ərzində verilməsini tələb edirlər |
|
| |
Ukraynaya məxsus «Faina» gəmisini girov götürmüş dəniz quldurlarının nümayəndəsi, fidiyənin verilməyəcəyi təqdirdə üç gündən sonra onu parladacaqlarını bildirib. Məlumatı "Assoşieyted Press" agentliyi yayıb. Dəniz quldurlarının nümayəndəsinin sözlərinə görə, təxminən iki həftə həftə əvvəl Somali sahillərində girov götürdüklərini gəmni özləri və heyət üzvləri ilə birlikdə partlatmaq qərarına gəliblər. Sentyabrın 25-də girov götürülmüş gəmidə 33 ədəd T-72 tankı, eləcə də pulemyot qurğuları, qranatanlar və sursatlar var. Girov götürülərkən «Faina»nın göyərtəsində 1 Latviya, 3 Rusiya və 17 Ukrayna vətəndaşı olub. Gəminin kapitanı-Rusiya vətəndaşı Vladimir Kolobkov ürək tutmasından dünyasını dəyişib. Dəniz quldurları əməliyyat keçiriləcəyi təqdirdə cirovları öldürəcəklərini bildiriblər. Onlar tələb etdikləri fidiyənin məbləğini 20 milyon dollardan 8 milyond dollaradək azaldıblar. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|