Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək    • PKK-ya sarsıdıcı zərbə
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Küçələr tıxanıb, metro yüklənib

11.10.2008 17:44:59

Kiçik tutumlu avtobusların yığışdırılması və yollardakı tikinti Bakının nəqliyyat sistemini iflic vəziyyətə salıb
  Bakı metroposundakı sərnişin sıxlığı aradan qaldırılmayıb. Halbuki, bir neçə gün əvvəl kassalarda yaranmış kart qıtlığı indi demək olar ki, yoxdur. Metrodan istifadə edən sərnişinlərin sayının sürətlə artması isə bu ucuz və sürətli nəqliyyat vasitəsinin həddən artıq yüklənməsinə gətirib çıxarır.

Əlavə vaqonlar da köməyə çatmır

Bakı Metropotienindən Lent.az-a bildiriblər ki, bu nəqliyyat vasitəsilə sentyabr ayında gün ərzində 450 min sərnişin daşınırdısa, indi bu rəqəm 650 minə çatıb. Metrodan istifadə edən sərnişinlərin sayının sürətlə artması bir il əvvəlki rəqəmlərdə də özünü göstərir. Metrpoliten işçilərinin dediyinə görə, ötən illə müqayisədə bu il sərnişinlərin orta gündəlik sayı 620 min nəfər olub. Bu isə o deməkdir ki, metrodan istifadə edənlərin sayı ötən illə müqaisədə 220 min nəfər artıb. Ən çox sıxlıq isə "Neftçilər", "Gənclik", "Elmlər Akademiyası", "20 Yanvar", “Nərimanov”, “Əzizbəyov” stansiyalarında yaranır. Bu stansiyalarda xüsusən səhər saat 8.00-10.00 və axşam 15.00-17.00 arasında uzun növbələr yaranır. Hətta sərnişin sıxlığını aradan qaldırmaq üçün bu yaxınlarda qatarlara əlavə olaraq 10 vaqon qoşulub, interval aşağı salınıb. Bununla belə, platformalarda qatar gözləyən sərnişinlərin bir qismi vaqonlarda özünə yer tapa bilmir.

Metrpoliten mütəxəssisləri bildirirlər ki, hazırda qatarlar arasındakı interval 2,5 dəqiqədir. Bir saat ərzində hər stansiyadan 24 qatar yola salınır. Ancaq bütün bunlar metroda sıxlığın qarşını almaq gücündə deyil. Adının çəkilməsini istəməyən metro işçisi real vəziyyəti belə izah eləyir: “1 stəkanda 2 stəkan tutumu qədər su saxlamaq mümkün olmadığı kimi, bir vaqona da 2 vaqonun yükünü yığmaq olmaz. Biz satansiyalardan yola salınan qatarların sayını 30-a qaldıra bilərik. Buna texniki imkanlarımız da var. Amma bunun üçün əlavə qatarlar lazımdır. Əlavə qartarlar almaq üçün isə vəsait yoxdur”.

Bununla belə, Bakı Metropoliteni mövcud problemlərdən yaxa qurtarmaq üçün bütün imkanlardan istifadə etmək niyyətindədir. Məsələn, oktyabr ayının 16-dan stansiyalardan yola salınan qatarların sayı 30-a qaldırılacaq və bunun sayəsində interval 2 dəqiqəyə endiriləcək. Xüsusilə səhərlər hərəkətin sıx vaxtında qatarların sayı artırılacaq. Bütün bunlar isə az da olsa, işləmək imkanına malik köhnə qatarların təmiri hesabına mümkündür.

Metronun birdən-birə yüklənməsinə səbəb nədir?

Metropoliten rəhbərliyi sərnişinlərin sayının bu həddədək artmasını əhalinin regionlardan Bakıya axını ilə əlaqələndirir. Üstəlik, paytaxtda şəxsi avtomobillərin sayının sürətlə çoxalması, mikroavtobusların şəhərdaxili marşrutlardan yığışdırılması metronun həddən artıq yüklənməsinə səbəb olub.

Sadalanan səbəblər sırasına avtomobil tıxaclarının maksimum həddə çatması da əlavə edilir ki, bu da son vaxtlar Bakının əsas nəqliyyat düyünlərində təmir-tikinti işlərinin aparılması ilə əlaqələndirilir.

Nəqliyyat düyünləri bağlanıb

Bakının əsas nəqliyyat dyünlərinin keçilməz səddə çevrildiyini təsəvvür etmək üçün təmir-tikinti işləri aparılan küçə və prospektləri xatırlatmaq kifayətdir – “Babək”, “Heydər Əliyev”, “Nobel” prospektləri, “Xalqlar dostlugu”, “Sabunçu”, “Əzizbəyov” dairələri, “Dərnəgül yolu”, Binəqədi şossesi.

Yolların təmiri, yeni körpülərin tikinisi tıxac problemini kritik həddə çatdırıb. Şəhərin ən işlək nəqliyyat düyünləri sözün həqiqi mənasında tıxacların əsirinə çevrilib. Problem o həddə çatıb ki, sürücülər öz avtomobillərini küçənin bir qırağında saxlayıb, yolun qalan hissəsini metro ilə getməyə üstünlük verir. Yolların kənarında saxlanan avtomobillər küçələrdə tıxacların bir qədər də artmasına, öz avtomobilini yolda saxlayıb metrodan istifadə edənlər isə yeraltı nəqliyyatda sıxlığın yaranmasına səbəb olub.

Tanınmış memar, Bakının Baş Planının həmmüəllifi Feyzulla Quliyev də sərnişindaşımadakı problemləri şəhərdəki tikinti işlərinin dağınıq və plansız aparılması ilə əlaqələndirir. Bakı küçələrini “keçilməz sədd” kimi xaraterizə edən memarın sözlərinə görə, tikinti işləri tıxaclara səbəb olduğundan insanlar daha çox metrodan istifadəyə üstünlük verir: “Əvvəla, Bakıdakı tikinti qovşaqları Baş Plana uyğun gəlmir. Nəqliyyat sxemi Baş Plana əsaslanmalıdır. Təəssüf ki, hələ yeni Baş Plan yoxdur, amma yollar tikilir, körpülər salınır. Mən bilmirəm, bu işlərin axırı necə olacaq?! Heç olmasa, tikinti işləri növbəlilik əsasında aparılsaydı, Bakının nəqliyyat sistemi bu qədər iflic olmazdı”.

“Körpülər işə yaramır”

Feyzulla Quliyev metronun normadan artıq yüklənməsini təbii sayır. Çünki Bakıda əhalinin sıxlığı normadan iki dəfə çoxdur. Bundan başqa, tramvay xətləri sökülənədək bu nəqliyyat vasitələri Bakı metrosunun bir həssisəsini əvəz edirdi: “İndi nə tramvay var, nə də trolleybus. Mikroavtobusları da yığışdırıblar. Yerdə qalan nəqliyyat vasitələri isə sərnişinlərin tələbatını ödəmir”.

Bununla belə, tanınmış memar kiçiktutumlu avtobusların şəhərdən yığışdırılmasını uğurlu addım hesab edir. Amma əlavə edir ki, əvvəlcə tələbatı ödəyəcə biləcək sayda iritumlu avtobuslar Bakıya gətirilməli, sonra mikroavtobuslar yığışdırılmalıydı. Onun sözlərinə görə, yarımçıq icra olunmuş Baş Plana əsasən, 2000-ci ildə paytaxtda hər 1000 nəfərə 150 avtobus düşməliydi. İndi bu müddətdən 8 il keçib, əhalinin regionlardan Bakıya axını baş verib, şəhərin nəqliyyat noması isə heç 150-yə də çatmayıb.

Cənab Feyzullayev əmindir ki, Bakıda avtomobil tıxaclarının qarşısını almaq mümkün olmayacaq: “Bakıda inşa olunan 9 yol ötürücüsünün heç biri işə yaramır. Onların hər biri barədə ayrı-ayrılıqda rəy vermişəm. Bu körpülər memarlıq üslubuna görə çox gözəldir, ancaq nəqliyyat tıxaclarının aradan qaldırılması üçün onların heç biri yararlı deyil. Bu, görpülər olsa-olsa, şəhərdən kənara giriş-çıxışı asanlaşdıra bilər, mərkəzdə isə tıxaclar həmişə olacaq”.

LENT.AZ
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Mövqelərimiz yenidən atəşə tutulub
 » Zahidov qardaşları atalarının yasına gəldilər
 » Bakıda məscid sökülür
 » 8 və 9 dekabr qeyri-iş günləridir
 » Axtarışda olan 7 nəfər həbs edilib
 » Badamdara metro xətti çəkiləcək
 » Marşrutda gedişhaqqı-1 manat!
 » Son 112 ilin rekord istisi
 » Zəvvarlarımız sabah Məkkədə olacaq
 » Dilənçilik edən 14 nəfər saxlanılıb
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    Ölülər də rusca, dirilərlər də rusca...
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.