| |
Geri |
|
| |
 |
Eynulla Fətullayevə işgəncə verilir
11.10.2008 21:21:46
Beynəlxalq təşkilatlar Eynulla Fətullayevlə bağlı məlumatlandırıldı. Baş redaktorun kamerasına ruhi xəstə salaraq onu davaya təhrik ediblər
|
|
| |
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev karserə salınıb. Söz Azadlığını Müdafiə Komitəsinin (SAMK) sədri Arzu Abdullayeva artıq Avropa Şurasının insan haqları komissarı Tomas Hammerberqlə əlaqə saxlayaraq onu hadisə ilə bğlı məlumatlandırıb.
Hüquq müdafiəçisi bildirib ki, baş verən hadisə bir müddət öncə satirik Mirzə Sakitin başına gətirilən ssenarinin təkrarıdır. Belə ki, E.Fətullayevin kamerasına gətirilmiş ruhi xəstə baş redaktora “sən mənim barəmdə şayiələr yayırsan” deyərək, onunla dava etmək istəyib. E.Fətullayev onu tanımadığını bildirib və məsələni sülh yolu ilə həll etməyə çalışıb. Buna baxmayaraq, həbsxana rəhbərliyi onların savaşdığını bəhanə gətirərək yalnız baş redaktoru karsa salıb. A.Abdullayeva komissarın nəzərinə onu da çatdırıb ki, E.Fətullayev abunə yazıldığına baxmayaraq, ona hələ də qəzet verilmir. Baş redaktora qarşı təqyiqlər isə əsasən vəkil İsaxan Aşurovun mətbuat konfransı keçirərək, E.Fətullayevin işinin Avropa İnsan Haqları Məhkəməsində araşdırıldığı barədə məlumat verməsindən sonra başlayıb.
SAMK sədri məsələ barədə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelə də məlumat verib. Oktyabrın 13-də Azərbaycana gələcəyini deyən həmməruzəçi baş redaktorun başına gələnlərlə bağlı ədliyyə naziri Fikrət Məmmədovla və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovla müzakirə aparacağını deyib.
Qeyd edək ki, 3-4 noyabr tarixində Strasburqda T.Hammerberqin sədrliyi ilə insan haqları ilə bağlı konfrans keçiriləcək. A.Abdullayeva sözügedən konfransda iştirak edərək, Azərbaycandankı durum, xüsusilə həbsdə olan jurnalistlərin vəziyyəti barədə ətraflı məlumat verəcək.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|