| |
Böyük yeddiliyə daxil olan ölkələr dünya maliyyə böhranı ilə mübarizə üçün ümumi plan hazırlayıblar. Maliyyə nazirlərinin Vaşinqtonda keçirilən görüşündə maliyyə institutlarının iflasına yol verməmək üçün bütün vasitələrdən istifadə etməyin vacibliyi vurğulanıb. Plana kredit verilməsi sahəsində böhranın aradan qalıdırılması, əsas bankları iflasdan qorumaq, ipoteka krediti bazarına, eləcə də sığorta əmanətlərinə dəstək daxildir. ABŞ maliyyə naziri Henri Polson bildirib ki, indi maliyyə bazarına stabilliyi və effektliyi qaytarmaq və dünya iqtisadiyyatını xilas etmək üçün məsələnin kollektiv həllini tapmaq vacibdir. Xatırladaq ki, «Böyük yeddilik» ölkələrinin tərkibinə ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Kanada və Böyük Britaniya daxildir. |