| |
İranın Rəşt şəhərində ağır atletika üzrə ənənəvi beynəlxalq turnirə start verilib. Yarışda ölkəmiz 8 atletlə təmsil olunur. Baş məşqçi Vahid Nəzərovun rəhbərlik etdiyi heyətə 62 kq-da Sərdar Həsənov, 69–da Əfqan Bayramovla Asif Məmmədov, 77–də Namiq Cəmilov, 85–də İntiqam Zairovla Ziyad Durmuşov, 94 kq–da Rövşən Fətullayev, nəhayət 105 kq–dan artıq çəki dərəcəsində Aydın Məmmədov daxildir. İran turnirinə fevralın 16 – da yekun vurulacaq.
|