| |
Geri |
|
| |
 |
Ramil Usubov:
09.10.2008 15:49:47
“Prezident seçkilərində polisin üzərinə düşən vəzifələrlə bağlı bütün zəruri tədbirlər görülür” |
|
| |
Oktyabrın 9-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda prezident seçkilərinə hazırlığın monitorinqini aparan MDB Müşahidə Missiyasının Bakıdakı qərargahının rəhbəri Yevgeni Sloboda və qərargahın üzvü Vasili Astreyko ilə görüşüb. Daxili işlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, ölkədəki kriminoqen durum barədə qısa məlumat verən nazir əməliyyat şəraitinin nəzarət altında saxlandığını, asayişin etibarlı qorunduğunu, sabitliyin dönməzliyinin təmin olunduğunu bildirib.
Görüşdə prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər, o cümlədən polis əməkdaşlarının maarifləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlarla birgə keçirilən seminar və treninqlər, həmçinin, qarşıda duran vəzifələr barədə söhbət aparılıb.
R. Usubov seçkilərdə polisin üzərinə düşən vəzifələrlə bağlı bütün zəruri tədbirlərin görüldüyünü, müvafiq tədbir planı işlənib hazırlandığını deyib. Eyni zamanda, bu günə qədər namizədlər və onların vəkilləri tərəfindən paytaxtda və bölgələrdə 139 müxtəlif tədbirin keçirildiyi, bu zaman ictimai asayişin hər hansı şəkildə pozulması hallarına yol verilmədiyi vurğulanıb.
Y. Sloboda müşahidələri zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirib, bunun Azərbaycanda tam azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını deməyə əsas verdiyini qeyd edib. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|