| |
Geri |
|
| |
|
Qran-Pri yarışlarında 5-ci tur
26.04.2008 13:47:05
Şahmat üzrə Qran-Pri yarışlarında 5-ci turun görüşləri keçirilib |
|
| |
Azərbaycanı təmsil edən Teymur Rəcəbov və Vüqar Həşimov hazırda turnirdə 3-cü yeri bölüşürlər Şahmat üzrə Qran-Pri yarışlarının Bakı mərhələsində 5-ci turun görüşləri keçirilib. Teymur Rəcəbov bu tur ağ fiqurlarla Rusiya qrossmeysteri Ernesto İnarkiyevlə qarşılaşıb. Tərəflər 39-cu gedişdə heç-heçəyə razılaşıblar. Bu tur həmçinin beynəlxalq qrossmeysterlərimiz Vüqar Həşimov və Şəhriyar Məmmədyarovun qarşıdurması ilə də əlamətdar olub. Tərəflər 26 gedişdən sonra xalları yarı bölüblər. Turnirin lideri, Rusiya şahmatçısı Aleksandr Qrişuk ingilis Maykl Adamsla sülh bağlıyb. Norveçli Maqnus Karlsenlə Amerika qrossmeysteri Qata Kamski də 5-ci tur sülhlə ayrılıblar. Bu tur təkcə çinli Venq Yuenin bəxti gətirib. Asiyalı qara fiqurlarla 47 gedişə ukraynalı Sergey Karyakini mat edib. 5 turdan sonra FİDE Qran-Prisində ikihakimiyyətlilikdir. Venq Yuenlə Aleksandr Qrişuk 3 xal yarımlı 1-2-ci yerləri bölüşdürürlər. Lideri yarımxallıq geriləmə ilə Teymur Rəcəbov, Vüqar Həşimov, Qata Kamski və Maykl Adams izləyir. Şəhriyar Məmmədyarov isə 2 xal yarımla 7-10-cu yerləri bölüşdürür.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|