| |
Mükafatın 6-ci təqdimatının 2007-ci ildə keçirilməsi planlaşdırılsa da, filmlərin sayı az olduğu üçün tədbir təxirə salınıb. Bu il Azərbaycan milli kino mükafatı «Qızıl Çıraq»ın növbəti təqdimatı baş tutacaq. Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin Katibi Abbas Əliyev bu barədə məlumat verib. O bildirib ki, milli kino müsabiqəsinin bu il baş tutub-tutmayacağı həm də iştirakçıların sayından asılıdır: «Keçən illərdən fərqli olaraq filmlərin sayı çoxdur. Bu da müsabiqənin keçirilməsi üçün əlverişli şərait yaradır. 16 nominasiyada filmlər yarışacaq. Filmlərin növü, janrı, yaş fərqi yoxdur. Kino sahəsinin bütün peşəkarları iştirak edə bilərlər». Kinematoqraçılar İttifaqının 1991-ci ildə təsis etdiyi «Qızıl çıraq» milli kino mükafatı indiyə qədər beş dəfə təqdim edilib. Mükafatın 6-ci təqdimatının 2007-ci ildə keçirilməsi planlaşdırılsa da, çəkilən filmlərin sayı az olduğu üçün tədbir təxirə salınıb.
|