| |
Statisitika Komitəsinin sədri Arif Vəliyevin sözlərinə görə, yanvarda ən çox yağ, süd, ət bahalaşıb. 2008-ci ilin yanvarında Azərbaycanda qiymətlər orta hesabla 2,5 faiz artıb. Ötən ay ən çox bahalaşan ərzaq olub, ərzaq 3,2 faiz artıb. Hesabat dövründə qeyri-ərzaq malları üzrə istehlak qiymətləri indeksi 1,5 faiz, xidmətlər üzrə isə 1,8 faiz təşkil edib. Bu barədə Statisitika Komitəsinin sədri Arif Vəliyev məlumat verib. O bildirib ki, yanvarda ən çox yağ, süd, ət və ət məhsulları, eləcə də meyvə-tərəvəz bahalaşıb.
|