Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək    • PKK-ya sarsıdıcı zərbə
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Qəm pəncərəsindən bir baxış

22.09.2008 01:28:29

Qocalar evində yer almaq üçün 1700 adam növbə gözləyir.
  Bu evə kimsə sevinə-sevinə gəlmədiyi kimi, buradan kimsə də sevinə-sevinə getmir. Buradan o tərəfə bircə yol qalır, qəbiristanlığa gedən yol. Ona görə də 1700-cü adam Qocalar evində yer sahibi ola bilməsi üçün 1700 adamın ölməsini gözləməlidir. Amma kim deyə bilər ki, özü 1700-cü adamdan daha tez ölməyəcək. Görəsən adam tapmaq, xahiş, hörmət-filan lazım gəlirmi? Xahişə, hörmətə gücü çatanın Qocalar evində nə işi?

Kimsə sənə bir iş tapşırmır, “onu niyə eləmədin?” - demir. Yeməyini verirlər, yatağını sahmana salırlar, ayağının altını da süpürürlər, yəni ye-iç, get öl yerində.

Xəstəxanaya gələn ziyarətçilər xəstələrinə ürək-dirək verirlər, üç-beş günə sağalıb buradan çıxacağını deyirlər, oğul-uşağın salamını çatdırırlar. Burada isə ziyarətçilər az-az olar. Olanda da danışmağa söz tapmırlar. Danışıb nə desinlər axı? Desinlər ki, səni niyə evdən qovduq, yoxsa çıx yenidən evimizə gedək?

Qocalar evində yer yoxdur. Bəs bu evindən-eşiyindən qovulmuş, qocalıb əldən düşmüş adamlar hara getsinlər? Urusetəmi, Türkiyəyəmi, Avropayamı? Qocalar evi 5 ulduzlu oteldirmi ki, orada yer tapılmasın?

Görəsən 1700-cü adamın Qocalar evində yer gözləməsi nə qədər çəkər?- 10 il, 20 il, 50 il... Hər halda ümidsiz ölməkdənsə, gözləyə-gözləyə ölmək daha yaxşıdır.

Maşallah, neftimiz də, qazımız da gurhagur çıxır, vaqonlara, borulara doldurulub daşınır. Hara qədər daşındığını dəqiq bilməsək də, deyirlər ki, yaxşı pul gəlir. Elə o pulun hesabına da Bakıda körpülər, yeraltı və yerüstü keçidlər tikirlər, çoxmərtəbəli evlər, olimpiya kompleksləri inşa edirlər, bağlar, meydanlar salırlar, yollar çəkirlər... Millətin bu qocalıb əldən düşmüş, evdən qovulmuş qocalarını da düşünsələr, noolardı axı?

Oğlan olsun, qız olsun, qoca atasından, anasından imtina edən övlada deməyə söz tapmıram. İnsan öz valideynindən imtina etmək, onu evindən-eşiyindən bayıra atmaq üçün insanlıqdan məhrum olmalıdır. Amma neyləyəsən ki, belələri çoxdur aramızda. Bu əməlindən xəbərin olmasa hələ onu yaxşı adam da hesab eləyə bilərsən. Qəribə zamana gəlib çıxmışıq.

Bir işə yaramadığını, başqalarına yük olduğunu, insanların, həm də ən yaxınlarının, doğmalarının ondan üz çevirdiyini anladığı andan insanın hansısa ölümü başlayır. Beyin ölümü, kliniki ölüm adlanmasa da bu da ölümün bir başqa çeşididir: gərəksizlik ölümü.

Evindən qovulmuşun dərdi özünə bəsdir, qapıdan qaytarmaq da elə evdən qovmaq kimidir, hara getsin bu yazıq? Getməyə yeri olsaydı, bura gələrdimi?
Allah-Təala bizi həm də bir-birimizlə sınağa çəkir. Millət öz xəstəsinə, əlilinə, qocasına, yetiminə necə baxarsa, Allah da o millətə elə baxar.

Qocalar evində evlənənlər də var. Deyirlər ki, burada evlənənlərə ayrıca otaq verirlər. Amma Qocalar evində hələ uşaq doğulduğunu görən olmayıb. Burada adamlar səhər yuxudan ayılanda “bu gecə filankəs öldü” xəbərini eşitməyə öyrəşiblər.
Bu evlilik sevgi deyil, uduzulmuş illərin qarşısında təsəlli axtarışıdır. Kimsə kimsədən sevgi ummaz burada, burada adamlara hənir lazımdır, zarıyanda hayına hay verən lazımdır. Ən yaxşısı da odur ki, xasiyyətlər tuta, uzun, qara gecələrdə oturub səhərə qədər dərdləşib yüngülləşələr.
Oğlu da anasının Qocalar evində ərə getdiyini eşidəndə hirsindən dodaqlarını gəmirdi. Arvad-uşağa tapşırdı ki, ağzınızdan çıxmasın, yoxsa el içində biabır olarıq. Sonra da dodağının altında mızıldandı: Qoca q.... bilsəydim bu qələti eləyəcək, gecənin birində öldürüb basdırardım köpək qızını.

Növbədə olanların sayı 1700 olsa da bura gəlib əliboş dönənlərin sayı daha çox olar, məncə. Çünki əgər mənə desələr ki, sən növbədə 1701-ci adamsan, heç adımı ora yazdırmaram. Ya başımı götürüb hara gəldi, gedərəm, ya da binanın, hasarın dibində başımı atıb qalaram orada. Dediyim odur ki, yer olsa, dərdimizin nə qədər böyük olduğu üzə çıxar. Bir vaxtlar xəstəlikləri gizləyirdilər, kim bilir, bəlkə indi də evdən qovulmuşların sayını gizləyirlər ki, bir-birimizin üzünə baxanda xəcalət çəkməyək.

Nə olur-olsun, çoxlu Qocalar evi tikmək lazımdır, özü də hər cür rahatlığı, şəraiti olan evlər. Dövlət öz vətəndaşlarına sahib çıxmalıdır, qoca da olsa, xəstə də olsa, bir işə yaramasa belə. Almaniya hökuməti Afrika ölkələrindən birində xəstələnmiş vətəndaşı üçün xüsusi təyyarə göndərir və gətirib müalicə etdirir. Belə hökuməti və dövləti niyə sevməyəsən axı? Yəni vətəndaşın dövləti sevməsi üçün gərək dövlətin öz vətəndaşına qayğısı olsun.

Birdən də düşünürəm ki, görəsən bu evlər tikilsə, camaat öz qoca ata-anasını çölə atmaz ki... Kimin qabında nə varsa, elə də davranacaq. Vicdanlı, imanlı övlad öz qoca valideynlərini çiynində gəzdirər, amma qəlbini qırmaz. Vicdansız onsuz da vicdansızdır, qovduğunu qovacaq, Qocalar evində yer olsa da, olmasa da.

İgidlikdən çox danışırdıq, amma Qarabağ müharibəsində elə günə qaldıq ki, evdə başımızı qaldırıb arvadın gözünün içinə düz baxa bilmirik. İndi də, deyəsən, adamlıq sarıdan paxırımız çıxır. Amma bir dərdə çarə tapmaq üçün ilkin olaraq gərək düzgün diaqnoz qoyula. Əgər bütün ayıblarımızın üstünü ört-basdır edib, həqiqəti gizlədəcəyiksə, demək, doğru-düzgün müalicə də ola bilməyəcəyik.

Hacı Turab Hacı Zeynalabdinə demişdi ki, var-dövlətin çoxdu deyə özünə güvənmə, elə olar ki, müflis olarsan, ac qalarsan. Tağıyev də gülüb demişdi ki, dünyanın yarısında, urusetden Firəngistana qədər mənim zavodlarim, fabriklərim işləyir. Buradakıları əlimdən alsalar, oradakıların qazancı bəsimdir.
Amma bu söhbətdən bir neçə il keçəndən sonra Azərbaycan işğal olunur, bütün varidatı Tağıyevin əlindən çıxır. Öləndə də vəsiyyət edir ki, onu Hacı Turabın ayağının altında basdırsınlar. Çünki onun ayağı biləni mənim başım bilmirmiş.

Bu gün elə məmurlarımız var ki, Tağıyevin bütün var-dövlətini köynəyinin döş cibindən çıxarar. Amma rəhmətlik Hacı Turabın dediyi kimi, heç kim var-dövlətinə güvənib qudurmasın. Malın-mülkün gerçək sahibi neçə belə görk göstərib bizlərə. Var-dövlətin bolluğundan qudurmuş neçə adam acından ölüb gedib. Dediyim odur ki, Qocalar evi məsələsinə heç kəs barmaqarası baxmasın. Sabah hamımız o qapının ağzında boyun büküb qalmağa yer istəyə bilərik: Sən də, mən də, Bakının ən zəngin iş adamı da, prokuror da, məhkəmə sədri də, lap elə bu sahəyə birbaşa məsul olan nazir də...

Zaman
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Elm də “Amin!” dedi
 » Ah bu kor inad, kor inad
 » Yuxularınızı hər kəsə danışmayın
 » İnsan üzlü balıq tutuldu
 » Tazmaniya adasında 64 balina intihar etdi
 » Divarda boş məzar yeri
 » Mənəvi rahatlıq üfüqü
 » İnsanın orta yaş həddi 120 il
 » Bunları Tək Yaradan yaratdı!
 » Bu dünya kimə qismət?
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.