| |
Geri |
|
| |
 |
Qədrini bilmək
13.12.2007 19:53:34
Bir gün bir padşah gəmi ilə səyahətə çıxır. |
|
| |
Bir gün bir padşah gəmi ilə səyahətə çıxır. Ona xidmət edən nökərlərdən biri ilk dəfə idi ki, gəmiyə minirdi. Buna görə də çox həyəcanlanır və qorxuya düşür. O hətta o qədər qorxur ki, heç kim onu sakitləşdirə bilmir. Onun qışqırığı padşahın rahatlığını pozur. Gəmidəki yaşlılardan biri padşahın hüzuruna çıxır və həmin nökəri sakitləşdirmək üçün rüsxət istəyir. Padşahdan rüsxət alan qoca, nökərin dənizə atılmasını istəyir. Nökəri dənizə atırlar. Suya düşən nökər suya batıb-çıxdıqca daha bərk qışqırırdı. Nökər bir müddət suda qaldıqdan sonra qoca onun gəmiyə çıxarılmasını əmr edir. Nökəri gəmiyə qaldırırlar. O, artıq ağlamırdı, sakitcə bir kənara çəkilib sanki dünyanın ən etibarlı yerində imiş kimi gözləyirdi. Bu vəziyyəti görən padşah qocanı yanına çağırır və bunun səbəbini soruşur. Qocanın cavabı çox ibrətlidir: “Nökər daha əvvəl heç suya düşmədiyinə görə gəminin qədrini bilmirdi. Ancaq suda boğulandan sonra anladı ki, gəmi əslində daha etibarlıdır. Həyatda rahatlıq və səadət də belədir, fəlakətə düçar olmayan səadətin qədrini bilməz”... |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|