| |
Qan azlığı problemini aradan qaldırmaq üçün böyümə dövründəki uşaqlara tünd çay verilməməsi məsləhətdir. Dəmir çatışmazlığına bağlı olan qan azlığı bütün dünyanın problemidir. Dünyada hər 5 kişidən biri, hər 3 qadından biri, hər iki hamilədən biri və hər 5 uşaqdan ikisində qan azlığı problemi var. Bütün bunlara səbəb isə düzgün qidalanmamaqdır. Qidalanma zamanı tərkibində dəmir olan məhsullardan çox istifadə olunmalıdır. Ən çox dəmir qırmızı ətdədir. Bundan başqa toyuq əti, yumurta, balıq, buğda, darıda da dəmir var. Dəmir qazan və tavalardan istifadə də dəmir miqdarını artırır. Onu da qeyd edək ki, gün ərzində qəbul olunan çay və qəhvə bədəninizdəki dəmir faizini xeyli dərəcədə azaldır.
Vüsalə ÇİNGİZ
|