| |
Geri |
|
| |
 |
«Putinlə cüdo öyrən»
07.10.2008 16:01:52
Vladimir Putin doğum gününü qeyd edir |
|
| |
Rusiyanın baş naziri Vladimir Putin doğum gününü qeyd edir. Bu münasibətlə Sankt-Peretburqda «Putinlə cüdo öyrən» adlı filmin təqdimat mərasimi keçirilib. Film 2000-ci ildə işıq üzü görən və 12 ölkədə yayılan cüdonun incəliklərini özündə əks etdirən metodik kitabın davamı sayılır. Filmin təqdimat tarixi təsadüfi seçilməyib. Təşkilatçılar təqdimatı baş nazir Vladimir Putinin doğum günü ilə eyni günə salmaqla öz hədiyyələrini ediblər. Filmdə «Cüdo bir fəlsəfədir» fikri ilə çıxışına başlayan Putin bu idman növünün incəliklərini açıqlayıb. Onun fikrincə, cüdo ilə təkcə döyüş xarakterli insanlar məşğul olmur. Bu idman növü siyasətdə də böyük uğurlar vəd edir. Putin hesab edir ki, cüdo dövlət rəhbərləri üçün də böyük əhəmiyyətə malikdir. Bəzi siyasi ekspertlər isə «Putinlə cüdo öyrən» filmi ilə Rusiya baş nazirinin bəzi dövlətlərə mesaj göndərdiyini iddia edirlər. Rəqiblərinin kürəyini asanlıqla yerə vuran Putin siyasət meydanında da güclü olduğunu nümayiş etdirmək istəyib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|