| |
Səhiyyə Nazirliyi Şəkərli diabet üzrə Dövlət Proqramı və Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqram çərçivəsində Bakı və ətraf rayonlarda qanvermə aksiyası keçirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, irsi qan xəstələri üçün nəzərdə tutulmuş qanvermə aksiyası fevralın 6-dan başlayıb. Ötən gün ərzində 320 könüllüdən qan alınıb, 160 litr qan toplanılıb. Nazirlikdən bildirilib ki, şəkərli diabet xəstələri üçün pulsuz qlukometrlərin paylanılmasına da başlanılıb. Artıq Xızı, Siyəzən və Dəvəçi rayonlarında qeydiyyatda olan diabetli xəstələrə qlukometrlərin paylanması başa çatıb. Aksiya sabah ölkənin şimal rayonlarında davam edəcək. Sabahdan etibarən Quba, Qusar, Xaçmaz və digər rayonlarda da şəkərli diabetdən əziyyət çəkənlərə qlukometrlər veriləcək.
|