Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Hər zamankından daha çox möhtacıq

22.05.2008 17:29:33

Hicri-Qəməri təqvimi ilə Rəbbi-ül-əvvəl ayının 12-si, yəni Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) bu dünyaya təşrif buyurduğu gündür.
  Miladi təqvimi ilə 571-ci ilin aprel ayının 20-si. Ərəb tarixinə görə, Rəbbi-ül əvvəl ayının 12-ci günü. Səhərə yaxın, hələ günəş doğmadan bəşər tarixinə fərqli bir günəş doğdu. Bu elə bir günəş idi ki, bu elə bir nur idi ki, bəşəriyyət əsrlər boyunca suya təşnə torpaq kimi ona susamışdı, onu gözləyirdi. O doğuldu, dünyanın tarixində yeni bir dövr, yeni bir mərhələ açıldı. Dünya onunla şərəfləndi, yeni məna qazandı, bəşəriyyət zülmətdən qurtardı. Bu elə bir zülmətdən qurtuluş idi ki, kor gözlərə işıq verib, ona dünyanı göstərsən, bu qədər xoşbəxt ola bilməzdi.

Onu Allah tərbiyə etdi

Həyatı möcüzələrlə doludur. Süd anasının evinə gəldiyi gündən hər şey yeniləndi, bərəkətləndi. Dünənə qədər evin boş qalan taxçası bərəkətlə dolub-daşdı. Dəvələri balaladı, keçilərin məmələri süd çeşməsinə döndü. O evə bir uşaq gəlmişdi, Allah-Təala o uşağın üzü hörmətinə o evə xeyir-bərəkət göndərmişdi. Bu uşağın adi bir uşaq olmadığını ər də anlamışdı, arvad da.
Bir qədər böyüdü, əmisi Əbu Talib onu özü ilə ticarətə cəlb elədi ki, böyüyəndə əlində sərmayəsi olsun. Amma bilmirdi ki, onun gerçək sərmayəsi Allahdan gəlir, səhrada yeriyəndə buludlar başının üstündə kölgəlik oldu, ağaclar meyvəsini ona verməkdən məmnun oldu. Təkcə insanlar deyil, canlı, cansız dediyimiz təbiət də ondan məmnun oldu.
Onu Rəbbi yetişdirdi, Rəbbi tərbiyə elədi. O, ən uca əxlaqa sahib oldu, yalan danışmadı, haqsızlıq etmədi, haqsızlığa göz yummadı.

Keşiş Bahiranın bilgisi

Əmisinin karvanı ilə Suriyaya səfər edərkən yollarının üstündəki bir monastrın yanında əyləndilər ki, dincəlsinlər. Keşiş Bahira uzaqdan gələn karvanı və o karvanın üstü ilə gələn bir əlçim buludu heyrətlə izləyirdi. Karvan dayanandan sonra adam göndərib, onları qonaq çağırdı. Hamı gəldi, amma göy üzündəki o bulud durduğu yerdəcə qalmışdı. Bahira “Karvanda kim qaldı?” - deyə soruşdu. Əmisi Əbu Talib: “Kimsə qalmadı” , - söyləsə də, keşiş inanmadı. “Yox, orada birisi var”, - deyə Bahira israr elədi. Bu zaman Əbu Talib: “Mənim oğlumdur”, - dedi.
- Xeyr, o, yetim olmalıdır
- Bəli, rəhmətlik qardaşımın oğludur.
Bahira uşağı gördü, tanıdı və Əbu Talibə belə dedi:
- Bu uşaq yəhudilərin illərdən bəri gözlədiyi sonuncu Peyğəmbərdir. Sən ticarətini burada tamamla və geri qayıt. Onu Suriyaya aparma. Görüb tanıyar və uşağa zərər yetirə bilərlər.

Kəbənin təmiri

Kəbənin xidmətçisi olmaq hər bir tayfa üçün şərəf hesab olunurdu. İndi bu mübarək ünvan təmir olunmuşdu və əsas məsələ qalmışdı, yəni Həcər-ül-əsvədi, Qara Daşı öz yerinə qoymaq. Dörd qəbilənin hər biri bu şərəfə qovuşmaq üçün israr edirdi. Ortada gərginlik hökm sürürdü, heç kəs güzəştə getmək istəmirdi. Nəhayət, belə razılaşdılar ki, oturub gözləsinlər və birinci gələn adamın verdiyi qərarı qəbul eləsinlər. Nəhayət, birisi göründü və o birisini görən kimi hamı şad oldu. Çünki hər kəs onun doğruluğuna, ədalətinə inanırdı. Gələn sıradan birisi deyildi. Məhəmməd-ül-əmin gəlirdi. Gəldi, tərəfləri dinlədi və belə buyurdu:
- Böyük bir çarşab gətirsinlər.
Gətirdilər.
Yerə sərdi. Həcər-ül-əsvədi götürüb çarşabın ortasına qoydu və hər tayfadan bir nəfər çağırıb çarşabın bir ucunu ona verdi. Onlar bu mübarək daşı yerinə qədər daşıdılar. İşi yenə özü tamamladı, daşı öz əlləri ilə götürüb yerinə oturtdu. Hər kəs məmnun qaldı.

Bir əlimə Günəşi, bir əlimə Ayı qoysalar...

Qırx yaşında Allah-Təala onu Peyğəmbərlik məqamına yüksəltdi. O, dünyaya haqqı təbliğ etməyə başladı. Zülmət keşikçiləri bu nur təbliğatçısına qarşı müharibəyə başladılar. Beləcə, zülmlə ədalətin, qaranlıqla işığın, cəhalətlə mərifətin savaşı başladı. Onu Allah göndərmişdi, hər kəsdən daha çox onu Allah tanıyırdı, onu Allah qoruyurdu. Rəbbi ona uğur qazanacağını vəd etmişdi, vədini tutdu da. O da bir Rəsul olaraq, Rəbbinin buyruqlarını qüsursuz şəkildə həyata keçirdi. Zülmət kölələri onunla bacara bilməyəcəklərini anladılar və gizli danışığa gəldilər: “Nə istəyirsə, verərik”, - dedilər, - “təki o, bu yoldan əl çəksin”. Zavallılar, miskinlər, bədbəxtlər onun davasının əzəmətini anlamadılar, bu davanın, bu mübarizənin insan nəfsindən deyil, Allah əmrindən qaynaqlandığını bilmədilər. Beləcə, onu dünya malı ilə susdurmaq istədilər. Cavabı nə oldu, heç düşünürsünüzmü?
- Bir əlimə Günəşi, bir əlimə Ayı qoysalar da, mən bu yoldan çəkilmərəm.
Çəkilmədi də, savaşdı, mübarizə apardı, hər cür məhrumiyyətlərə, sıxıntılara sinə gərdi. Zülmət kölələri onu və tərəfdarlarını boykot elədilər, ac qaldı, ehtiyac içində qıvrıldı, yanında yaxınları, doğmaları həyata göz yumdu. Hər dəfə də Allaha sığındı, Allaha güvəndi.
Yerindən, yurdundan köçdü, Mədinəni şərəfləndirdi, bu şəhəri yəsrib ikən mədəniyyət mərkəzinə çevirdi. Dünyaya qardaşlıq dərsi verdi, Allah-Təalanın əmrlərini bir zərrə azaltmadan, artırmadan insanlar arasında yaydı. Bəşəriyyətin həyatında yeni bir mərhələ açdı, insanlara iki cahan xoşbəxtliyinin elmini, sirrini öyrətdi.

Əxlaq örnəyi

Onun əxlaqı Quran əxlaqıdır. O, insanların ən üstünü, qiyamətə qədər gəlib-keçmiş hər kəsə bir örnəkdir. Onun kimi yaşamaq şərəf gətirər. Sadəlikdə də ən üstün odur, təvazökarlıqda da, fədakarlıqda da, xeyirxahlıqda da. İnsanlara insanı sevməyi öyrətdi, kainatı bir kitab kimi oxumağı öyrətdi, insan kimi yaşamağı öyrətdi. Zülməti çirkab kimi insanların ruhundan yudu, bəşəriyyətə yeni məna qazandırdı. O gələndə ayağa durdular, heç razı olmadı, “mənim üçün ayağa durmayın” dedi, “məni öyməyin, mədh etməyin” dedi. Bir ehtiyacı, bir dərdi olan onun üstünə qaçdı. O da ürəyini Allaha açdı. Düşmənləri belə, onun ədalətinə inandılar. Sadəcə, dünya mənfəəti üçün və bir də bəziləri onların irqindən, soyundan olmadığı üçün düşmənçilikdən əl çəkmədilər. Ağacı da insan kimi sevib oxşadı, heyvanlara qayğı göstərdi. Hər kəsi də bu ruhda tərbiyə eləməyə çalışdı.

Sözün minnəti olsun

İslam dünyasında ədəbiyyat, söz onunla rövnəqləndi. Bir şair Rəsulullahdan bəhs edərkən belə deyir: “Ya Rəsulullah, mənim səni mədh etməyim sənə bir şey qazandırmaz, amma sənin adın mənim şeirlərimdə olarkən ona yeni bir məna, bərəkət verər”.
Sözün minnəti olsun, ona ünvanlanan ən xoş söz onun adı ilə gözəlləşir: Sən Əhmədü Mahmudu Muhammədsən Əfəndim,
Haqdan bizə Sultani-Müəyyədsən, Əfəndim.
Çox ölçdülər, çox biçdilər, onun gözəlliyinə layiq bir təşbeh tapa bilmədilər. Nəhayət, qızılgülü ona layiq gördülər. Qızılgülün də minnəti olsun! Mövlana Məhəmməd Füzuli o haqda nə yazdı, bilirsinizmi?
Suya versin bağban, bihudə zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək, versə min gülzarə su.
Bir deyil ki, on deyil ki, min deyil ki, qəlbində bir zərrə iman nuru olan Rəsulullahı aradı. Onu təsəvvüründə görməyə, yaxından tanımağa can atdı. Onu elə sevdilər, elə sevdilər, candan irəli.
Araya-araya bulsam izini,
İzinin tozuna sürsəm üzümü,
Haqq nəsib eyləyə görsəm üzünü,
Ya Muhamməd canım arzular səni.

Sevmək üçün tanımaq gərək

İnsan tanımadığını necə sevə bilər axı. Kimisə sevə bilmək üçün onu tanımaq lazımdır. Rəsulullahı tanıdıqca ona olan sevgi də, ona olan ehtiram da dəniz kimi ənginləşir, göylər kimi sonsuzlaşır. Onu ən yaxşı tanıyan onu göndərəndir, yəni Rəbbidir. Onu tanımaq üçün Rəbbin göndərdiyi kitabda axtarmaq lazımdır. Onu Quran işığında, hədislərində arayanlar, tapanlar, sevənlər sonsuz nura qovuşarlar. O, sonsuz bir nurdur, o nurdan bir zərrə kimin üzərinə düşsə, ölümsüzlük qazanar. Ölümsüzlük deyəndə bu dünyada qiyamətə qalmaqdan danışmırıq, dünyasını da, axirətini də güllü-gülüstana çevirməkdən danışırıq.
Bu gün onun doğum günüdür. Bu gün dünya onun gəlişi ilə şərəflənib. Daha doğrusu, bu gün dünyanın yenidən doğuluşunun, yeni məna qazanmasının ildönümüdür. Bu gün bütün möminlərin, bütün Allah dostlarının, bütün Rəsulullah aşiqlərinin doğum günüdür. Doğum gününüz mübarək olsun!
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Cəza cinayətə uyğun olmalıdır
 » Hər kəsin haqqını versək...
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Hələ ki...
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Çırılçılpaq Avstriya
 » Qasırğa deyil, tale quşu vurdu
 » Yaşa görə siqaret!
 » Ayaqsız atlet Olimpiyadada yarışacaq
 » "Ən bahalı və qazanclı" toy
 
 Turan OSMANLI
  "Santa Klaus" xəstəliyi
  Saxta babaların bayramları...
 
 Vüsalə ÇİNGİZ
    Şər deməsən xeyir gəlməz!
 Bəhruz NAĞI
    Hər anın öz hökmü var
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Hansı ölkədə yaşamaq daha təhlükəsizdir
 
ABŞ
Böyük Britaniya
İsveçrə
Azərbaycan
İran
Rusiya
Afrika ölkələri
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.