| |
Bu idmançılardan ikisi Nizami Paşayevlə Turan Mizəyevdir. Pekin olimpiya oyunlarında idmanın ağır atletika növü üzrə Azərbaycanın idman şərəfini 5 idmançı qoruyacaq. Bu idmançılardan artıq 2-nin adı məlumdur. Bunlar, Nizami Paşayevlə Turan Mizəyevdir. İkiqat dünya və Avropa çempionu Nizami 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxacaq. Dünya və Avropa çempiontalarının mükafatçısı olmuş Turan Mirzəyev isə 69 kq-da nəyə qadir olduğunu sübut etməyə çalışacaq. Qeyd edək ki, yerdə qalan 3 atlet, may ayına qədər müəyyənləşəcək.
|