| |
Geri |
|
| |
|
«Nokia» Almaniyanı tərk edir
13.02.2008 20:26:03
Mobil telefon istehsalçısı «Nokia» Almaniyanı tərk edir |
|
| |
Şirkət fəaliyyətini dayandırsa, 2300 nəfər işsiz qalacaq. Finlandiyanın mobil telefon istehsalçısı «Nokia» Almaniyanı tərk edir. Helsinkidə finlərin almanlarla apardığı danışıqların uğursuz başa çatdığı bildirilir. Bununla da «Nokia»nın Almaniyanın Bohum şəhərindəki zavodu fəaliyyətini dayandıracaq. Zavoddakı bütün avadanlıqlar isə ucuz işçi qüvvəsinin bol olduğu Rumıniyaya köçürüləcək. Zavodun bağlanmasından sonra 2300 nəfərin işsiz qalacağı gözlənilir. Artuq bununla bağlı zavodun işçiləri mitinqlərə başlayıb.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|