| |
Geri |
|
| |
 |
Nizami Paşayev podiuma çıxır
22.05.2008 15:54:47
İkiqat dünya çempionu Nizami Paşayev 25 aylıq fasilədən sonra podiuma çıxır |
|
| |
Sabah Bakıda ağır atletika üzrə “Federasiya kuboku” start götürəcək.
Milli Aviasiya Akademiyasının idman zalında keçiriləcək yarışın ən maraqlı məqamı ikiqat dünya çempionu Nizami Paşayevin podiuma çıxması ilə bağlı olacaq.
Belə ki, Azərbaycanın ən titullu atleti 25 aylıq fasilədən sonra rəsmən turnirdə mübarizə aparacaq. N.Paşayev 2006-cı ilin aprelində Polşanın Vladislavovo şəhərində keçirilmiş Avropa çempionatında qadağan olunmuş dərman preparatı qəbul etməkdə günahkar bilinərək, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ikiillik cəzalandırılmışdı. Bu müddət ərzində bütün daxili və beynəlxalq yarışlardan kənarda qalan 26 yaşlı idmançının cəza müddəti bu il mayın 6-da başa çatıb. Təqvimə əsasən, N.Paşayev “Federasiya kuboku”nda mayın 25-də çıxış edəcək. Yarışın ilk günündə isə yeniyetmələrin mübarizəsində qaliblər bilinəcək. Paytaxtın idman klubları və cəmiyyətlərinin, həmçinin, rayon komandalarının gənc atletləri mayın 24-də öz bacarıqlarını nümayiş etdirəcəklər. “Federasiya kuboku”nun daha bir əhəmiyyəti isə ondan ibarətdir ki, məhz bu turnirin ardından baş məşqçi Vahid Nəzərov Pekin Yay Olimpiya Oyunlarına aparılacaq 5 idmançının adını açıqlayacaq. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|