Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Niyaməddin Musayev ittihamlara cavab verib

26.04.2008 14:00:20

Niyaməddin Musayev plagiatla bağlı ittihamlara cavab verib
  Qalmaqala səbəb Elnurun mahnı müsabiqələrinin birində ifa etdiyi «Gecələr» mahnısının Bəhram Nəsibova aid olduğunu deməsi olub
Xalq artisti Niyaməddin Musayev bir qədər əvvəl açıqlamasında müğənni Elnuru yalançılıqda ittiham etmişdi. Səbəb isə Elnurun mahnı müsabiqələrinin birində ifa etdiyi «Gecələr» mahnısının Bəhram Nəsibova aid olduğunu deməsi olmuşdu. Bu haldan qəzəblənən Niyaməddin Musayev “Mən 78-ci ildə estrada mahnıları yazıb böyük konsertlər verəndə, Elnur heç anadan olmamışdı. İndi kimsə mahnı yazır və onu remiks edib xalqa sırıyırlar. Mənimsə yazdığım mahnıları özəlləşdirməklə məşğuldurlar. “Daşlı qala” mahnım bütün türk dünyasında populyardır. Amma Niyaməddin Musayevin adını çəkən də yoxdur. Bu, ömrünü Azərbaycan mədəniyyətinə sərf edən bir insan kimi mənə pis təsir edir. Şəxsən mən Elnura qulaq asmıram! Mahnımı oxuyursa, heç olmasa, müəllifin adını düz desin. Hələ mən icazə almasından danışmıram. Hamı ilə söz güləşdirəcək yaşım da deyil. Səviyyəmi qoruyuram!» - deyə açıqlama vermişdi.

Xəbərdən sonra Bəhram Nəsibovun qızı “Sarı” jurnalının redaksiyasına zəng vurub, əlindəki faktlarla mahnının əsl müəllifinin kim olduğunu sübuta yetirəcəyini söyləyib: «Niyaməddin Musayevin bu hərəkəti birinci dəfə deyil ki, baş verir. Uzun illər bundan əvvəl o, «Şahnaz» təsnifini də öz adına çıxarmışdı. Elə həmin mahnının hesabına da səhnəyə gəlib məşhurlaşıb. Biz etiraz səsimizi qaldırandan sonra, o bu mahnıdan əlini çəkdi. Sonra atamın başqa mahnılarına iddiasını irəli sürdü. Bu, nə qədər davam edə bilər?! Qətiyyətlə deyirəm ki, «Gecələr» Bəhram Nəsibovun mahnısıdır! Bu mahnı iki il bundan əvvəl Müəllif Hüquqları Agentliyindən də qeydiyyatdan keçib. Görürük ki, onun iddiaları artıq genişlənir, biz susduqca onun hörmətsizliyinin şahidi oluruq, başladıq mahnıları rəsmiləşdirməyə. Atamın mahnısı artıq qeydiyyatdan keçib və Bəstəkarlar İttifaqı da buna rəy bildirib. Bizdə audiokaset var, atam bu mahnını tarla çalıb, oxuyub, mahnı qurtarandan sonra da öz səsi ilə tarixini də qeyd edib: «On iki dekabr, min doqquz yüz yetmiş dördüncü il (1974.12.12). Hətta bir neçə il bundan əvvəl Niyaməddin Musayev iddia etmişdi ki, «Daşlı qala» mənim mahnımdır, amma sübut olundu ki, mahnının müəllifi heç də o deyil. İslam Rzayev bu mahnını yazanda Niyaməddin Musayev hələ heç musiqiyə gəlməmişdi! Sonra da «Axtarma məni» mahnısına qol qoydu. Halbuki bu, əfqan mahnısıdır».

Niyaməddin Musayev “Sarı” jurnalına müsahisəbində bu mövzu ilə bağlı faktsız-sübutsuz iddialar irəli sürüb: «Mən rəhmətlik Bəhramın «Şahnaz» təsnifini oxumuşam. Bəhram özü mənə bu mahnını verib, amma nəqarat yerini özüm dəyişmişəm. O ki qaldı «Gecələr»in mənə aid olduğunu deməyim, bu, uydurmadır. Yalan deyirlər». Xalq artisti deyilənləri təkzib etsə də, digər tərəfdən, qanunla Bəhram Nəsibova aid olan mahnının başqasına aid olduğunu iddia edib: «Bəhramın o qədər yaxşı mahnısı var ki! Amma «Gecələr» mahnısı onunki deyil! Uzun illər bundan əvvəl Mingəçevirdə olanda bir qarmonçalan mənə yaxınlaşıb bu mahnını təklif edib», deyə N. Musayev qeyd edib.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Türkiyədə Azərbaycan mədəniyyəti günləri
 » Rus Dram Teatrının afişası
 » Musiqili Komediya Teatrının afişası
 » Opera və Balet Teatrının afişası
 » “İbrus teatrı” fəaliyyətə başladı
 » “Yeni ulduz”dan imtina etdi
 » QİÇS-ə qarşı festival keçiriləcək
 » Bu gün Bakı teatrlarında
 » Aygün Bəylər albom çıxaracaq
 » “Modern cizgilərdə Anadolu motivləri”
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.