| |
Geri |
|
| |
 |
Neft yenidən bahalaşmağa başladı
09.10.2008 22:06:55
Neft yenidən bahalaşmağa başlayıb. Dünyanın maliyyə və fond birjalarında isə gərginlik davam edib |
|
| |
Bu gün maliyyə bazarında 1 avro 1 dollar 36 sentə dəyişdirilib. Dolların ucuzlaşmasına Avropanın mərkəzi banklarının uçot dərəcələrini azaltması səbəb olub. Bu hadisə dünyada neftin ucuzlaşmasını dayandırıb. Hətta bu gün neft 89 dollara qədər bahalaşıb. Qızılın qyiməti isə 2 faizə qədər ucuzlaşıb. İndi qızılın qramı 28 dollar 80 sentə təklif olunur. Dünyanın fond birjalarında isə gərginlik davam edir. Avropanın aparıcı birjalarında bu gün səhmlər bahalaşıb. Belə ki, London, Paris və Frankfurt birjalarında əsas indekslər 2 faizə qədər bahalaşıb. Amerika birjaları isə ötən gün enmə ilə bağlanıb. Nəticədə Dou Cons indeksi 2, Nasdaq 1 faiz aşağı düşüb. Asiya birjalarında isə vəziyyət fərqlidir. Yaponiyanın Nikkey indeksi 0,50 faiz ucuzlaşdığı halda Şanxay və Honqkonq birjalarında aparıcı şirkətlərin səhmləri bahalaşıb. Bir neçə günlik kəskin ucuzlaşmadan sonra Rusiya birjalarında şirkətlərin səhmləri bahalaşmağa başlayıb. Moskva banklaraarası valyuta birjasında 16 faizlik bahalaşma qeydə alınıb. Bahalaşmaya Rusiya hökumətinin 36 milyard dollarlıq maliyyə yardımı səbəb olub. Amma satış başlayandan bir qədər sonra Rusiya ticarət sistemi və Moskva banklararası valyuta birjasında hərraclar gün ərzindcə iki dəfə saxlanılıb. Nəticədə maliyyə bazarları üzrə federal xidmət hər iki birjada satışı oktyabrın 13-nə və hökumətin xüsusi sərəncamına qədər saxlayıb. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|