| |
Geri |
|
| |
|
«Neft Daşları»nda yeni neft quyusu
10.10.2008 17:06:17
Azərbaycanın «Neft Daşları» yatağında yeni neft quyusu istismara verilib |
|
| |
Bu gün «Neft Daşları» yatağındakı 1887 nömrəli platformada 13-cü quyu istismara verilib.
Quyu 2409 metr dərinlikdən sutkada 45 ton neft verir. Ümumilikdə isə bu platformadan rezervuarlara gündə 300 ton yüksək keyfiyyətli neft ötürülür. Qazma işləri 2 qazma dəzgahı vasitəsilə «Bayıl Limanı» Kompleks Qazma İşləri İdarəsinin Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən aparılır. İlin sonunadək daha 1 quyunu təhvil vermək planlaşdırılıb. Layihə üzrə 1887 nömrəli platformadan 36 quyu qazılmalıdır ki, ümumilikdə həmin quyulardan sutkada 1 000 ton neft əldə edilməlidir. Oktyabr ayının 1-nə ARDNŞ-in istismar quyu fondu 6 053 ədəd təşkil edib. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|