| |
Təhsil Nazirliyində qış imtahanlarında təşkil olunmuş qaynar xəttin yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov bildirib ki, əgər ötən il qaynar xəttə 60-a yaxın müraciət daxil olmuşdusa, bu il belə müracitətlərin sayı 29 olub. Onların əksəriyyəti həmişəki kimi anonim xarakter daşıyıb. Buna baxmayaraq şikayət olunan ali məktəblərdə araşdırma aparılıb. Amma, konkret nəticə əldə ediliməyib. Şikayətlərin çoxu orta ümumtəhsil məktəblərindəndir. Bu şikayətlərin əsas mahiyyətini istilik sistemlərinin yoxluğu təşkil edir. İlham Pirməmmədov həmçinin qeyd edib ki, bu ildən mərkəzləşdirilmiş test buraxılış imtahanları bütün orta məktəbləri əhatə edəcək və gələn aydan başlayaraq, məktəblərdə hər ayın sonu sınaq imtahanları keçiriləcək.
|