Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Müsliman bayramı

22.12.2007 08:13:21

Müsəlman dünyası bayram atmosferində
  Dünyamız bayram həyəcanı, bayram sevinci içindədir. Kəbə ziyarətinə getmiş zəvvarlarımız bu ibadəti yerinə yetirərək qurban kəsir, Hacı ünvanı alırlar.
Dünyanın hər yerində müsəlmanlar bayram hazırlığı içindədirlər. Bu günlərdə ən çox satılan, alınan qurbanlıq heyvanlardır. Allah rizası üçün qurban kəsmək ibadətdir və insanı Allah-Təalaya yaxınlaşdırır. Biz dəyərli oxucularımızın ehtiyaclarını nəzərə alaraq bu sayımızda qurbanlıqla bağlı ən gərəkli bilgiləri onların diqqətinə təqdim edirik. Ümid edirik ki, bu bayramda bazarlarımızda “qurbanlıq ət satılır” kimi lövhələrə rast gəlməyəcəyik.
Qurban bayramı Zilhiccə ayının 10-cu, 11-ci və 12-ci günləridir. Bu il Zilhiccə ayının 10-u, yəni bayramın birinci günü dekabrın 20-nə düşür. Demək, bu il biz dekabrın 20-də, 21-də, 22-də qurban kəsə bilərik. Amma ən yaxşı olanı bayramın birinci günü qurban kəsməkdir. Qurbanı bayram namazından sonra kəsməyə başlayarlar. Axşam da kəsmək olar, amma ən doğru olanı gündüz kəsməkdir.

Qurbanlıq heyvanlar

Qurban beş heyvandan kəsilər: qoyun, keçi, inək, camış və dəvə. Qurban kəsiləcək qoyun və ya keçi ən azı bir yaşında olmalıdır. Əgər qoyun və ya keçi altı ayını keçibsə və ən azı bir yaşındakı kimi böyük görünürsə, onu da qurban kəsmək olar. İnək və camış ən azı iki yaşında olmalıdır. Qurban kəsiləcək dəvə isə beş yaşından az olmamalıdır.
Quş qismindən qurban kəsilməz. Qurban kəsmək dinimizə görə zəngin adamların borcudur. Əgər adamın imkanı yoxdursa, demək, qurban kəsməkdən azaddır. Daha o qoyun kəsir, mən də bir qan axıdım deyə quş qismindən bir şey kəsmək qurban yerinə keçməz.

Bölgü

Son vaxtlar çox yanlış söhbətlər eşidirik. İki-üç adam yığışıb bir qoyun kəsirlər, elə düşünürlər ki, qurban kəsdilər. Əsla belə olmaz. Bir qoyun və ya bir keçini ancaq bir adam qurban kəsə bilər. Bir inək, bir camış və ya bir dəvəni yeddiyə qədər adam toplaşaraq qurban kəsə bilərlər. Bir inəyi üç adam da ortaqlaşıb qurban kəsə bilər, beş adam da. Yəni burda ən çoxu yeddi adamın bir iribuynuzlu heyvana ortaq ola biləcəyi vurğulanır. Əgər zənginsinizsə, təkbaşına bir inək də kəsə bilərsiniz, bir dəvə də. Bir daha vurğulayırıq ki, bir qoyunu iki-üç adam ortaq qurban kəsə bilməz. Onu da vurğulayaq ki, bir heyvana ortaq olan adamların hamısı məhz qurban kəsməyə niyyət etməlidirlər. Əgər birinin niyyəti başqa olarsa, demək, heyvan qurbanlıqdan çıxar. Qurban kəsilən heyvanın nə əti, nə tükü, nə dərisi satılmamalıdır. Əgər baş-ayaq, dəri və ya yunu satılarsa, alınan pul sədəqə kimi imkansızlara verilməlidir.
Siz aldığınız qurbanlıq heyvanı və ya o heyvanın dəyərində pulu ehtiyac sahibinə verərək qurban borcundan qurtara bilməzsiniz. Çünki bu ibadətdə əsas məsələ o heyvanı kəsib qan axıtmaqdır. Sizin verdiyiniz pul və ya heyvan isə sadəcə sədəqə yerinə keçər, qurban borcunu ödəməz.

Qurbanlıq heyvanın əlamətləri

Qurban Allah rizası üçün kəsilər. Yəni hər bir kəs öz qurbanını elə düşünsün ki, Allah-Təalaya təqdim edir. Belə olan məqamda yəqin ki, heyvanlarınızın ən yaxşısını bu ibadət üçün ayıracaqsınız. Ölməkdə olan, üzülmüş, gözünün biri və hər ikisi kor, buynuzunun yarısından çoxu qırılmış, dişləri tökülmüş, xəstə, yeriyə bilməyən heyvandan qurban kəsilməz. Əgər heyvanın əvvəldən buynuzu olmayıbsa, onun qurban kəsilməsində heç bir əngəl yoxdur. Qulağının yarıdan azı qopmuş və ya cırılmış sağlam heyvanı qurban kəsmək olar. Qurban ibadətdir, sizin duanızdır, siz ibadətinizin, duanızın qüsurlu olmasını istərsinizmi? - Əlbəttə, yox! Ona görə də qurbanlıq heyvan seçəndə onun sağlamlığına ciddi diqqət yetirmək lazımdır.
Erkək və ya dişi heyvanı kəsməkdə də problem yoxdur. Ancaq diqqət yetirmək lazımdır ki, dişi heyvanın qarnında balası olmasın. Bu məsələdə çox həssas olmaq lazımdır.

Qurbanın kəsilməsi

Qurbanlıq heyvanı gərək incitməyəsən. Ona görə də kəsim zamanı iti bıçaqdan istifadə eləmək lazımdır. Heyvanı yıxıb üzü Qibləyə çevirirlər və niyyət edirlər: niyyət edirəm, bu heyvanı öz adımdan, ya filankəsin adından Allah rizası üçün qurban kəsməyə. Sonra “Bismillah-Allahu-Əkbər” deyib kəsimə başlayırlar. Sadəcə “Bismillah” desəniz də, kifayətdir. Amma unutmayın ki, bilərəkdən “Bismillah” demədən kəsilən heyvanın əti halal deyil. Bu məqama diqqət yetirmək lazımdır. Qurbanı özün də kəsə bilərsən, vəkalət yolu ilə başqasına da kəsdirə bilərsən. Qurban kəsən, heyvanı tutan adamların hamısı ən azı “Bismillah” deməlidir. Heyvanı kəsən, soyan adama zəhməthaqqı verə bilərsiniz. Ancaq “sən bu heyvanı kəs, soy, baş-ayağı sənin olsun” kimi şərtləşmək doğru deyil. Çünki qurban kəsilən heyvanın heç bir üzvü ticarət obyekti olmamalıdır.

Qurban ətinin bölgüsü

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) evə gəlir və xanımı Həzrəti Aişə (r.a.) anamızdan Qurbanın ətini necə bölüşdürdüyünü soruşur. Həzrəti Aişə (r.a.) belə deyir:
- Ya Rəsulullah! Üçdə ikisini payladım, üçdə biri bizə qaldı.
Rəsulullah təbəssüm edir və deyir:
- Xeyr, ya Aişə! Üçdə ikisi bizə qaldı.
Bu cavabı ilə Rəsulullah demək istəyir ki, bizə qalan payladığındır, evdə saxladığın yox.
Qurban ətini ənənəyə görə bizdə üç yerə bölərlər: bir hissəsi qonşulara paylanar, bir hissəsi dəvət olunmuş qonaqlar üçün bişirilər, üçüncü hissə isə ailə üçün saxlanar. Bu şəkildə də mümkündür, daha çox paylasanız da. Paylayanda da ən çox qonşu, qohumlarınızdakı kasıbları nəzərə almaq lazımdır.

Kimlərə pay göndərək?

Bəzən qurban payı qarşılıqlı şəkildə evdən-evə gedib gəlir. Yəni “filankəs bizə pay göndərdi, biz də ona pay göndərək”. Bu məsələdə qanuna zidd bir şey olmasa da, amma ən xeyirlisi də deyil. Ən xeyirlisi qurban ətini ən çox ehtiyac duyulan ünvana çatdırmaqdır. Yəni dərman yara olan yerə faydalıdır. Yara olmayan yerə vurulmaz ki. Bu məntiqlə deyək ki, siz ehtiyacı olmayan birinə pay göndərib sadəcə onun könlünü açırsınız, onu saydığınızı bildirirsiniz. Amma ehtiyac sahibinə göndərdiyiniz qurban payı ilə onun problemini həll etmiş olursunuz və təbii ki, bu zaman daha çox savab qazanırsınız.
Müsəlman olmayanlara da qurban ətindən pay vermək olar.

Kimlər qurban kəsməlidir?

Qurban kəsmək heç bir əqli xəstəliyi olmayan, həddi-buluğ yaşını keçmiş, dinimizə görə zəngin sayılan müsəlmanlar üçün borcdur. Səfərdə olanlar qurban kəsməyə bilərlər, amma istəsələr, irəlicədən evdə tədarük görər və bir başqasına vəkalət verərək öz adlarına qurban kəsdirə bilərlər. Ölmüş ata-babanın adından da qurban kəsmək olar.
Dediyimiz kimi, imkanı olan hər bir müsəlman bu ibadətdən geri qalmamalıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurub ki, imkanı olduğu halda qurban kəsməyən müsəlman namazgahlarımıza yaxınlaşmasın. Nəticəni özünüz çıxarın.
Biz isə bu mübarək bayram münasibəti ilə bütün müsəlman qardaş-bacılarımızı səmimi qəlbdən təbrik edirik, kəsilən qurbanlarımızın Allah dərgahında qəbulunu Uca Yaradandan diləyirik.

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Cəza cinayətə uyğun olmalıdır
 » Hər kəsin haqqını versək...
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Hələ ki...
 » Hər zamankından daha çox möhtacıq
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Çırılçılpaq Avstriya
 » Qasırğa deyil, tale quşu vurdu
 » Yaşa görə siqaret!
 » Ayaqsız atlet Olimpiyadada yarışacaq
 
 Turan OSMANLI
  "Santa Klaus" xəstəliyi
  Saxta babaların bayramları...
 
 Vüsalə ÇİNGİZ
    Şər deməsən xeyir gəlməz!
 Bəhruz NAĞI
    Hər anın öz hökmü var
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Hansı ölkədə yaşamaq daha təhlükəsizdir
 
ABŞ
Böyük Britaniya
İsveçrə
Azərbaycan
İran
Rusiya
Afrika ölkələri
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.